Bazar ertəsi, 29 Aprel

Ermənilər Xocalı və Xankəndini də minalamağı planlaşdırır

image

“Güclü bir ordun varsa masada qalib olmaq şansın var. Düşməndə qorxu yaratmış ordu isə şəhidlərinin və qazilərinin sarsıdıcı şücaəti ilə varlığını sübuta yetirib”

Xəbər verilir ki, bunu hərbi analitik, “M5 müdafiə və strategiya” jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Alp Arslan İmamqulu deyib.

O bildirib ki, növbəti boşaldılacaq ərazilərdə ermənilərə əlavə vaxt versək hər yeri minalayacaqlar:

“”Şəhidlər ölməz vətən bölünməz” şüarı boşuna deyilməyib. Bu torpaqların gerçək sahibləri onun üçün daima diri, ali şəhidlik məqamına yüksələnlər və daha da bu uğurda canından keçməyə hazır olanlardır.

Onlarsız siyasət boş və mənasızdır. Ordu dövlətin onurğa sütünudur. Ona görədir ki, ölkə rəhbərinə də Ali Baş Komandan ünvanı ilə xitab edilir. Bu səbəbdəndir ki, əsgərimizin atdığı hər bir həmlədən sonra siyasi iradənin tələblərinə müvafiq olaraq ərazilərimiz tək bir güllə atılmadan belə təmizlənə bilməkdədir. Çünki düşmən əks təqdirdə murdar donuz cəsədlərinin balta ilə parçalanacağını çox yaxşı bilməkdədir.

Laçın, Sus və Zabux artıq ordumuzun nəzarətindədir. Gələcəkdə də erməni terrorçularından boşaldılmalı ərazilərimiz var – keçmiş Ağdərə, Xocalı, Xankəndi və bir sıra strateji əhəmiyyətli ərazilərimiz tam olaraq terrorçulardan təmizlənəcəyi gün yaxındır. Amma növbəti icraatlarda bu erməni separatçılarına imtiyaz olaraq vaxt tanımaq olmaz.

Çünki baxmayaraq ki, terrorçu qüvvələr o ərazilərdən təmizlənir, onlar öz yerlərinə minalanmış sahələr buraxırlar. Bu sahələrin təmizlənməsi çox çətin və uzun illər tələb edən bir prosesdir. Xüsusən də minaların professional xəritələrlə basdırılmaması düzəldilməsi mümkünsüz fəsadlar ortaya çıxarmaqdadır.

Ermənilərin Laçını tərk edərkən evləri yandırması, meşələrə od vurması ekoloji terrordur. İstifadə edilə biləcək əsas yolların minalanması beynəlxalq konvensiyalara zidd davranışdır. Onlar buna görə öhdəlik daşıyırlar. Növbəti boşaldılacaq ərazilərə vaxt tanınmamalı, dərhal boşaldılması tələb edilməlidir. Əks halda insanlarımız zərər görəcək”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39