Şənbə, 11 May

Rusiya Ukraynaya nüvə atmayacaq - Şoyqu söz verdi

image

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın müharibəni gedişində nüvə silahından istifadə etməsi ehtimalından danışıb.

Xəbər verilir ki, Beynəlxalq Təhlükəsizlik üzrə 10-cu Moskva Konfransında çıxış edən nazir Rusiyanın Ukraynada nüvə silahından istifadə etməyi planlaşdırmadığını deyib.

 

- Buna ehtiyac yoxdur, çünki onun əsas məqsədi nüvə zərbəsinin qarşısını almaqdır, - Şoyqu deyib. Müdafiə naziri Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı iddiaları absurd adlandırıb. 


Bundan əlavə, Şoyqu bildirib ki, Kiyev Rusiyaya qarşı hibrid müharibədə Donbasda dinc əhalinin ölümünə görə məsuliyyət daşıyan Qərbin birləşmiş qüvvələri tərəfindən idarə olunur. Onun sözlərinə görə, NATO Rusiyanın qarşıya qoyduğu xüsusi əməliyyatın məqsədlərinə nail olacağına şübhə etmir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44