Bazar, 28 Aprel

“Azərpoçt”un inkassatoru şirkətin pulunu mənimsədi

image

“Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib. 

Bu barədə Yevlax Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, “Azərpoçt”un Yevlax Regional Filialının əməkdaşı tərəfindən MMC-ə məxsus pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılan araşdırmalarla qeyd edilən filialda sürücü-inkassator işləyən Tural Məmmədovun MMC-dən iltizamnamə əsasında lotereya biletləri götürüb satmaqla əldə etdiyi 9 min 400 manat məbləğində pul vəsaitini cəmiyyətə ödəməyərək mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanmaqla Tural Məmmədov şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39