Bazar, 28 Aprel

Yeni Delhidə ilk meymunçiçəyi xəstəliyi qeydə alınıb

image

Hindistanın paytaxtı Yeni Delhidə meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

Delhinin milli paytaxt dairəsinin baş naziri Arvind Kejrival faktı təsdiq edib: “Xəstə stabildir və sağalır. Panikaya ehtiyac yoxdur. Vəziyyət nəzarət altındadır”.

Delhinin baş naziri həmçinin bildirib ki, Hindistan xəstəxanalarından birində bu xəstəliyin müalicəsi üçün xüsusi izolyasiya otağı yaradılıb.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyinin simptomları çiçək xəstəliyinin simptomlarına çox oxşayır. Simptomlar iki-dörd həftə davam edir

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, meymunçiçəyi xəstəliyi əsasən dəridən dəriyə yaxın təmasla ötürülür. Virusun tənəffüs yolları, habelə çirklənmiş yataq dəsti vasitəsi ilə keçməsi mümkündür.

Xəstəliyin inkubasiya dövrü 6-13 günə qədər davam edir, lakin bu müddət 21 günə qədər də uzana bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39