Bazar ertəsi, 29 Aprel

Emreli “Dinamo”nun “ikinci komanda”sına göndərildi

image

Sabah Xorvatiya çempionatında yeni mövsüm start götürəcək.

Xəbər verilir ki, mövsümün ilk oyununda Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi son çempion "Dinamo Zaqreb"lə "Lokomotiv" komandaları üz-üzə gələcək.

Emreli prinsipial matçda iştirak etməyəcək. Bunu oyunöncəsi mətbuat konfransında "Dinamo"nun baş məşqçisi Ante Çaçiç açıqlayıb:"Son məşqdə 20 futbolçu var idi. Hansı ki, "Lokomotiv"lə matçda iştirak edəcəklər. Komandanı iki hissəyə ayırmışam. Qalanları "ikinci komanda"dadır. Nəzərə alsaq ki, üç gündən bir matçımız olur, vaxt və rəqabət stimulu olmayan oyunçuların fərqli şəkildə hazırlığa ehtiyacları var. Ehtiyac hiss edəndə onları "birinci komanda"ya cəlb edəcəyik. "İkinci komanda"da zədədən geri qayıdanlar - Mahir Emreli, Boşko Şutalo, Antonio Marin, Marko Bulat və Amer Qoyak, həmçinin, Emir Dilaver, Komnen Andriç və gənc Marko Brklyaça var".

Qeyd edək ki, Mahir Emreli bir neçə gün öncə Xorvatiya Super Kubokunda da iştirak etməyib. Onun adı ümumiyyətlə matçın protokoluna daxil edilməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39