Cümə axşamı, 09 May

“NATO-nun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur”- ABŞ Dövlət Departamenti

image

“NATO-nun Rusiyaya qarşı aqressiv niyyəti yoxdur”.

Xəbər verilir ki, ABŞ Dövlət Departamenti Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin NATO-nun yeni strateji konsepsiyası ilə bağlı bəyanatını belə şərh edib.

“NATO heç bir ölkə üçün təhlükə yaratmayan və Rusiyaya qarşı aqressiv niyyəti olmayan müdafiə ittifaqıdır”, – Departamentin adı açıqlanmayan yetkilisi deyib.

İyunun sonunda NATO liderləri alyansın inkişafı üçün yeni strateji konsepsiya üzərində razılığa gəliblər. Orada Rusiya hərbi blokun təhlükəsizliyinə əsas təhdid adlandırılır. Eyni zamanda, konsepsiyada NATO-nun Rusiya ilə qarşıdurmaya can atmadığı və Moskva üçün təhlükə yaratmadığı bəyan edilir.

Patruşev hesab edir ki, bu sənəddə NATO Rusiyanı düşmən adlandırıb. Onun fikrincə, NATO-nun genişlənməsi və alyansın hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması gərginliyin artmasına, Avropada təhlükəsizliyin və sabitliyin pozulmasına gətirib çıxarır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32