Cümə, 26 Aprel

Ermənistanı şoka salan xəbər – Bakı, İrəvan və Moskva anlaşıb?

image

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Rusiya mətbuatında Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumata münasibət bildirməkdən imtina edib.

Xəbər verilir ki, bu barədə Qriqoryanın mətbuat xidmətinin açıqlamasında bildirilib.

Ofisdən “Sputnik Ermənistan”ın sorğusuna cavab olaraq vurğulanıb ki, “İzvestiya” qəzetinin Zəngəzurdan keçən avtomobil yolu ilə bağlı Azərbaycanla razılaşmanın əldə edilməsi barədə xəbərini şərh etmir.

“Adı açıqlanmayan mənbələrin verdiyi məlumatlara münasibət bildirməyi düzgün hesab etmirik”, - Qriqoryanın ofisindən deyilib.

Bundan əvvəl Rusiyada nəşr olunan “İzvestiya” qəzeti rəsmi mənbələrə istinadən üç ölkə arasında Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əldə olunduğunu yazıb.

“Rusiya Ermənistan və Azərbaycana Zəngəzur dəhlizində avtomobil yolu ilə bağlı razılığa gəlməyə kömək edib, razılaşdırılmalı olan yalnız 6 km-lik kiçik bir hissə qalır”, - nəşr qeyd edib.

Xəbər Ermənistanın ictimai-siyasi çevrələrində geniş müzakirə mövzusuna çevrilib

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33