Şənbə, 27 Aprel

Putinin “nüvə çamadanı”nı daşıyan mühafizəçi başından vurulmuş vəziyyətdə tapılıb

image

Rusiya prezidenti Vladimir Putinin mühafizəçisi olan və özü ilə “nüvə çamadanı”nı daşıyan Federal Təhlükəsizlik Xidmətinin polkovniki Vadim Zimin başından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda o, ağır vəziyyətdə reanimasiyadadır.

Bildirilib ki, Zimin iyunun 20-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki mənzilində tapılıb. Onun yanında “İj 79-9TM” markalı travmatik tapança olub. Qan içində olan FSB zabitini qardaşı tapıb. Bu zaman yaralının birlikdə yaşadığı qadın evdə olmayıb.

Məlumdur ki, Zimin Kremldə təkcə Putinin dövründə deyil, Boris Yeltsinin dövründə də çalışıb.

Yayılan xəbərlərə görə, Zimin gömrük xidmətində işə başlayandan sonra rüşvət almaq ittihamı ilə açılan cinayət işinin istintaqı çərçivəsində ev dustaqlığında olub. Onu həbs cəzası gözləyir./musavat.com/

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36