Cümə, 10 May

Rusiyanın texnoloji sektoru məhv edilir

image

Rusiya şirkətləri Qərbin sanksiyaları səbəbindən texnoloji böhranla üzləşib. Sanksiyalara görə, ölkədə məlumat mərkəzləri üçün lazım olan yarımkeçirici sxemlərin, elektrik və kompüter avadanlığının ciddi çatışmazlığı yaşanır.

Xəbər verilir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“İntel”, “Samsunq”, TSMC və “Qualcomm” da daxil olmaqla dünyanın ən böyük çip istehsalçılarının əksəriyyəti Rusiyadakı fəaliyyətini tamamilə dayandırıb. Bu isə avtomobillərin, məişət texnikasının və hərbi texnikanın istehsalında istifadə olunan daha böyük, daha ucuz mikrosxemlərin çatışmazlığına gətirib çıxarıb. Qabaqcıl məişət elektronikası və İT avadanlıqlarında istifadə edilən daha təkmil yarımkeçiricilərin tədarükü də kəskin şəkildə azalıb. Və ölkənin bu çipləri ehtiva edən xarici texnologiya və avadanlıqları, o cümlədən smartfonlar, şəbəkə avadanlıqları və məlumat serverləri idxal etmək imkanları ciddi şəkildə məhdudlaşdırılıb. Rusiya xammalın böyük hissəsini ixrac edə, əsas malları idxal edə və ya qlobal maliyyə bazarlarına çıxa bilmədiyi üçün iqtisadçılar bu il Rusiyanın ÜDM-nin 15 faiz azalacağını gözləyirlər”, - məlumatda deyilir.

Qeyd olunur ki, mikroçiplər, yarımkeçiricilər və serverlər kimi həm mülki, həm də hərbi tətbiqlərə malik ola bilən “ikili istifadə” texnologiyaları üzrə ixrac nəzarəti çox güman ki, Rusiya iqtisadiyyatı üçün ən ciddi və uzunmüddətli nəticələrdən biri olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32