Çərşənbə axşamı, 21 May

Çayı keçmək istəyən 400 rus əsgəri öldürüldü

image

Mayın 8-də Severski Donets çayını keçməyə cəhd zamanı 400-ə yaxın rusiyalı hərbçi həlak olub.

Xəbər verilir ki, ABŞ nəşri  bunu Ukrayna hərbçilərinə istinadən yazıb.

Rusiya hərbçiləri mayın birinci ongünlüyündə Severodonetsk ərazisində Ukrayna qüvvələrini mühasirəyə almaq üçün Beloqorivka yaxınlığındakı Severski Donetsi keçməyə cəhd ediblər. Ancaq bunun əvəzinə özləri mühasirəyə düşüblər.

Ukrayna Silahlı Qüvvələrinin polkovniki Dmitri Kaşenko NYT müxbirinə bildirib ki, ukraynalı hərbçilər səsgücləndiricilər vasitəsilə ruslara təslim olmağı təklif ediblər, lakin onların bu çağırışları eşitib-eşitmədiyinə əmin deyil. Onun sözlərinə görə, bəzi rus əsgərləri çayı üzərək əks istiqamətə keçə bilib.

NYT-nin məlumatına görə, qurbanların sayı baxımından bu, Rusiya qoşunlarının döyüşlərdə ən böyük məğlubiyyətlərindən biri olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06