Çərşənbə axşamı, 21 May

AMEA-nın alimləri dalaşdı, bir-birini təhqir etdi

image

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında baş verən mübahisə dava ilə nəticələnib.

Məlumata görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub. Bu zaman tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.

Xatırladaq ki, Abbas Seyidov və Zaur Həsənov AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev tərəfindən bu vəzifələrə təyin edilib.

Qeyd edək ki, Zaur Həsənov Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovun oğludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41