Çərşənbə, 08 May

Putin 3 ay aradan sonra Təhlükəsizlik Şurasının iclasını keçirəcək

image

Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

Xəbər verilir ki, toplantı videokonfrans formatında baş tutacaq.

Rusiya Təhlükəsizlik Şurası sonuncu dəfə fevralın 21-də toplaşaraq separatçı “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın tanınması məsələsini müzakirə edib.

Bu dəfə tədbir iştirakçıları ölkənin informasiya infrastrukturunun təhlükəsizliyinin təkmilləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Xüsusilə, informasiya texnologiyalarından istifadə zamanı yeni təhlükələrin nəticələrinin qarşısının alınmasına yönəlmiş tədbirlər nəzərdən keçiriləcək.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev qlobal informasiya məkanında Rusiyanın suverenliyinin gücləndirilməsi ilə bağlı əsas məruzə ilə çıxış edəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56