Cümə, 26 Aprel

Dollar bahalaşdı, bəs manatı hansı risklər gözləyir? - AÇIQLAMA

image

Qlobal iqtisadiyyatın böhranla üzləşdiyi bu dövrdə ABŞ yenə dünya dövlətlərini çətin sınaq qarşısında qoyub. Belə ki, əksər valyutalar dollar qarşısında sürətlə dəyər itirir.  Məlumata görə, ABŞ dolları əsas səbət valyutaları qarşısında 20 illin maksimum səviyyəsinə çatıb. Bununla da, dollar indeksi 1,16% artaraq 2002-ci ilin dekabrından bu yana ən yüksək göstərici olan 103,94-ə çatıb.

Maraqlıdır, ABŞ dollarının bu həddə çatması nə ilə bağlıdır? Belə bir şəraitdə manatı hansı risklər gözləyir?

Mövzu ilə bağlı sualları iqtisadçı ekspert Natiq Cəfərli cavablandırıb. O bildirib ki, digər valyutalar hazırda dollar qarşısında dəyər itirməyə davam edir: “Dollar indeksinin yüksəlməsi Federal Ehtiyatlar Sisteminin (FED) digər mərkəzi banklara nisbətən daha sərt addımlar atması ilə bağlıdır. Uçot dərəcəsi Mərkəzi Bankın faiz dərəcəsini kəskin artırdı. Sonuncu toplantıda uzun illərdən bəri ilk dəfə ən yüksək artım (0,50 faiz) müşahidə edildi. Sonuncu dəfə belə bir hal 2000-ci ildə qeydə alınıb. Bütün bunlar dollar indeksinin digər valyutalar qarşısında dəyər qazanmasına səbəb olur. ABŞ inflyasiyanın qarşısını almaq üçün daha sərt maliyyə siyasəti aparır. ABŞ-da inflyasiya son 40 ilin ən yüksək səviyyəsinə çatıb. Ölkədə inflyasiya 8 faizdir. Federal Ehtiyatlar Sisteminin belə kəskin addımları dolları bahalaşdıran əsas amilə çevirir. Bu həm də dolların aparıcı valyuta olmasını bir daha təsdiqləyir. Digər valyutalar hazıra dollar qarşısında dəyər itirməyə davam edir”.

İqtisadçı bildirib ki, manatın məzənnəsi üçün indiki halda risk yoxdur: “Azərbaycana gəldikdə isə bizdə məzənnə siyasəti inzibati qaydada tənzimlənir. Ölkədə bazar iqtisadiyyatı sistemi üzən məzənnə rejimi ilə tənzimlənmir. Ona görə də manatın məzənnəsində ciddi dəyişiklik ediləcəyini düşünmürəm. İndiki məqamda bu mümkün də görünmür. Manatın inzibati qaydada tənzimlənməsində neft amili mühüm rol oynayır. Azərbaycan neftinin qiyməti isə 120 dollara yaxınlaşır. Belə bir yüksək qiymətlər fonunda manatın məzənnəsinin ucuzlaşması mümkünsüz görünür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33