Bazar, 24 Sentyabr

Axtarış

dollar” üzrə 1153 nəticə tapıldı

23.09.2023 - 17:10

Stadiondan 100 minlik OĞURLUQ

ABŞ-da futbol stadionundan oğurluq edilib. Xəbər verilir ki, hadisə Çikaqo şəhərindəki “Soldier Field” stadionunda baş verib. Məlumata əsasən, qazonbiçənlər və mini yük maşınları oğurlanıb. Bildirilir ki, oğrular stadiona mühafizəçilərin səhlənkarlığı ucbatından vasitəsilə daxil olublar. Dəyən ziyanın dəyəri 100 min dollar qiymətləndirilir.


23.09.2023 - 13:32

Qızıl və gümüş bahalaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0.31% artaraq, 1,945.60 ABŞ dollarına bərabər olub. Xəbər verilir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0.66% artaraq, 23.84 dollar təşkil edib.


22.09.2023 - 21:32

Kanadadan Ukraynaya yeni hərbi yardım paketi

Kanada Ukraynaya yeni hərbi yardım paketi ayırıb. Xəbər verilir ki, bu haqda CTV kanalı məlumat yayıb. Bildirilib ki, Kanada Ukraynaya 482 milyon dollar ayıracaq, həmçinin Leopard 2 tanklarını təhvil verəcək. Bundan əlavə qeyd olunub ki, Kanada Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək.


22.09.2023 - 19:20

Həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurladı 

Amerikanın Solt Leyk şəhərində yaşayan 65 yaşlı təqaüdçü Donald Santacrok qəribə bir addım atıb.  Xəbər verilir ki, təqaüdçü həbsxanaya düşmək üçün bankdan 1 dollar oğurlayıb. Məlumata görə, həmin şəxs kassaya yaxınlaşaraq nəzakətli şəkildə 1 dollar istəyib. O, “Xahiş edirəm, məni bağışla, amma bu oğurluqdur. Zəhmət olmasa, mənə 1 dollar verin” sözlərini deyərək kassirə silah çəkib. Bank işç


21.09.2023 - 15:19

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

2024-cü ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki, ölkədə milli valyutanın məzənnəsi 2018-ci il martın 7-dən sabitdir.


20.09.2023 - 16:56

Snoop Dogun İrəvan konserti ləğv olunur? - Ermənistan 6 milyon dollar ziyana düşə bilər - FOTO

Sentyabrın sonlarına doğru İrəvana gəlməyə hazırlaşan məşhur reper Snoop Doggun buradakı konserti təxirə salına bilər. Xəbər verilir ki, Ermənistan sosial şəbəkələrində Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrə görə reperin konsertinin ləğv edilməsi ehtimalı aktiv şəkildə müzakirə olunur. Bildirilib ki, yüzdə 99%-lik ehtimalla konsert baş tutmayacaq.  Təşkilatçılar məsələ ilə bağlı əlavə açıqlama verəcə


17.09.2023 - 18:31

Dünyada dizel yanacağı qıtlığı yaşanır

Qlobal neft emalı sənayesi dizel yanacağı istehsalında artan çətinliklərlə üzləşir. Dünyada bu yanacaq növünün ehtiyatları artan tələb və təklif çatışmazlığı fonunda son dərəcə aşağı səviyyədədir. OPEC+ liderləri Səudiyyə Ərəbistanı və Rusiya tərəfindən neft hasilatının azaldılması vəziyyəti daha da gərginləşdirib. Sentyabrın 5-də hər iki ölkə ilin sonuna qədər istehsal məhdudiyyətlərini uzadacaqlarını açı


16.09.2023 - 13:15

Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər

Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb. Xəbər verilir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqə


15.09.2023 - 09:41

Telefonların qeydiyyat rüsumu azaldılır - MƏBLƏĞLƏR

Azərbaycana gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun dərəcələri azaldılır. Xəbər verilir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilir. Dəyişikliklə satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş


14.09.2023 - 13:16

Azərbaycan neftinin bu günə olan qiyməti

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti bahalaşıb. Xəbər verilir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,09 ABŞ dolları, yaxud 0,09 % artaraq 98,73 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


14.09.2023 - 11:26

Azərbaycan ermənilərin Naxçıvanla sərhəddəki 70 milyon dollarlıq təxribatını DƏF ETDİ

Ermənistan böyük həvəslə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgəsində - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşırdı. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılması nəzərdə tutulmuşdu. Bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vuracağı heç kəsə sirr deyildi. Onun tullantılarının Araz çayına axıdılması riski


12.09.2023 - 18:19

Pirşağıda qadın evdən 20 minə yaxın pul oğurladı

Bakıda ev qarət olunub. Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, sentyabrın 7-də Sabunçu rayonu Pirşağı qəsəbəsindəki evlərin birindən 2300 manat və 10.000 dollar qeyri-aşkar şəraitdə oğurlanıb. Bu barədə polisə məlumat daxil olub. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini


Xəbər lenti

image

Stadiondan 100 minlik OĞURLUQ

  • 23.09.2023 - 17:10
image

Abşeronda ev yandı

  • 21.09.2023 - 11:12