Cümə, 26 Aprel

Ukrayna Rusiya ərazisinə hücuma hazırlayır: Kreml müdafiəyə hazırdırmı?

image

Hələ müharibə başlamamışdan öncə Rusiya Prezidenti Vladimir Putinin “çəkindirici qüvvələr”i, yəni nüvə silahlarını idarə edən hərbi bölmələrini yenidən “döyüş” vəziyyətinə gətirərək təlimlərə başlamasını Qərb cinahı nə cür anladı? Lavrovun dayanmadan etdiyi xəbərdarlıqların anlamı nədir?

Bəli, Ukraynada müharibə getdikcə dərinləşir və genişlənmə təhlükəsi günü-gündən artır. Münaqişənin Ukraynadan kənara, bəzi NATO ölkələrinin ərazisinə keçməsi ehtimalı təəssüf ki, artır. Rusiya “NATO ölkələrini vura bilərik” ifadəsini artıq getdikcə daha da yüksək tonla söyləməyə başlayır.

Bu, heç də təəccüblü  hal deyil. Bəs necə oldu ki, işlər bu həddə çatdı? Başlanğıcda Rusiya-Ukrayna münaqişəsinin öz sərhədləri daxilində saxlanması və tezliklə sülh mühitinin yaradılması səyləri daha çox üstünlük təşkil edirdi. ABŞ, İngiltərə, Aİ və NATO cinahının əvvəllər daha təmkinli, Rusiyanı qıcıqlandırmayan sakit bir üslub var idi.

Amma həmin situasiya artıq dəyişib. Burada daha əvvəl də qeyd etdiyimiz kimi, Qərb tərəfinin müharibəni alovlandıracaq diskurs və hərəkətlərdən uzaq durmağa münasibəti kökündən dəyişmiş kimi görünür. Qeyd edək ki, bu dəyişiklik sülh axtarışlarına qətiyyən töhfə vermir. Açıq desək, Qərb tərəfi indiki mövqeyi ilə proksi müharibənin düz mərkəzində yer alır…

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu vəziyyəti açıq şəkildə ifadə edib. Qərb ölkələrinin Ukraynanı silahla təmin etməklə, yanğını alovlandırdığını deyən Lavrov NATO-nu proksi müharibə aparmaqda ittiham edib. Bu templə o, xəbərdarlıq edib ki, münaqişə Üçüncü Dünya Müharibəsinə gətirib çıxara bilər. Bundan əvvəl Lavrov, nüvə münaqişəsi ehtimalının ciddi qəbul edilməli olduğunu da dilə gətirmişdi. Eyni şəkildə Putin Qərbin Ukraynaya yardımının müharibəni uzatdığına diqqət çəkir.

Qərb tərəfi Rusiyanın verdiyi və ya vermək istədiyi mesajları nədənsə kifayət qədər ciddi qəbul etmir. Hələ müharibə tam qızışmamışdan öncə – fevralın 25-də Putin Rusiyanın nüvə arsenalı bölmələrinin “döyüş” vəziyyətinə gətirilməsi ilə bağlı götəriş vermişdi. Ardınca Sergey Lavrov mətbuata “üçüncü bir ölkənin müdaxiləsi olsa, vurarıq” açıqlamasını verdi. Hələ ki, rəsmi olaraq üçüncü bir ölkə bu müharibəyə qoşulmayıb.

 

Sergey Lavrov və Vladimir Putin Sergey Lavrov və Vladimir Putin

Bununla belə, bir neçə gün əvvəl Rusiya “Sarmat” adlı raketlərini sınaqdan keçirib. Bütün bunlar Rusiyanın maksimum nəyə hazır olduğunun və nəyə qadir olduğunun ipucunu da verir. Açıq desək, bu, Qərbə, eləcə də dünyaya ciddi bir mesajdır.

Buna baxmayaraq, Qərbin yanğını söndürməkdənsə, daha da alovlandırmağa üstünlük verməsi hansı strateji qiymətləndirmədir? Britaniya dövləti müharibəni qızışdırmağa yönəlmiş hərəkətlərdə ABŞ-dan qat-qat fəal görünür. Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Heppeyin sözləri olduqca diqqətçəkəndir. O, Ukraynanı Rusiya ərazisinə hücum etməyə şiddətlə təşviq edir. Britaniya hökuməti də ən təsirli silahları təmin etmək üçün böyük səy göstərir. Buna cavab olaraq Rusiya Müdafiə Nazirliyi belə bir bəyanat verib: “London Kiyev rejimini Rusiya ərazisinə hücuma təhrik edərsə, biz dərhal qarşılıqlı şəkildə cavab verəcəyik…”

Nazirlik Kiyevdə qərar qəbuletmə mərkəzlərini uzaqmənzilli və yüksək dəqiqlikli silahlarla vuracaqlarını da açıqlayıb. Göründüyü kimi, müharibə dərinləşdikcə, BBC-nin diplomatik müxbiri Ceyms Landelin də dediyi kimi, Ukraynanı müdafiə etmək və Rusiyaya hücum etmək arasındakı sərhəd bulanıqlaşacaq.

Cəbhə xəttində bunlar baş verərkən, 40 il əvvəl Kiyevdə ucaldılan və Rusiya-Ukrayna dostluğunun simvolu olan 8 metrlik tunc heykəl bələdiyyə tərəfindən sökülüb.

Ölkənin dağılan vaxtı düşünə bilərik ki, axı, heykəlin dağıdılmasının nə mənası var?Amma Kiyev meri Vitali Kliçko elə düşünmür. Kliçko bildirib ki, Kiyevdə Sovet və Rusiyaya aid 60-a yaxın abidəni sökəcək, Rusiya ilə bağlı 460-dan çox küçənin adını dəyişdirəcəklər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33