Çərşənbə, 08 May

Rusiya Ukraynanın şərqindəki dörd rayonu ələ keçirməyi hədəfləyir

image

“Rusiya yeni hücumda dörd şərq bölgəsini ələ keçirməyi hədəfləyir”.

Xəbər verilir ki, bunu Ukrayna Prezidenti Aparatının baş müşaviri Aleksey Arestoviç bildirib.

Arestoviç Rusiyanın Donbasda başlatdığı yeni hücumda dörd hədəfinin olduğunu qeyd edib.

Rusların ölkənin şərqindəki müdafiə xəttini qırmağa çalışdığını bildirən Arestoviç, rus ordusunun ilk vəzifəsinin Luqansk bölgəsindəki Rubejnoe-Popasnaya-Severodonetsk marşrutu üzərindəki torpaqları ələ keçirmək olduğunu vurğulayıb.

Digər tərəfdən baş müşavir qeyd edib ki, Ruslar Xarkov vilayətindəki İzyumdan Kramatorska qədər olan bölgəni, Qulyaypole və Mariupolu ələ keçirməyə çalışır.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski gecə yaydığı videomüraciətdə bildirib ki, Rusiya qoşunları uzun müddətdir hazırlaşdıqları Donbas uğrunda müharibəyə indi başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56