Bazar, 28 Aprel

İmtiyazlarından imtina edən şahzadə muzeydə işləyir

image

Yaponiyanın keçmiş şahzadəsi Mako Komuro Nyu-Yorkda yerləşən Metropoliten muzeyində (The Metropolitan Museum of Art) könüllü olaraq işləməyə başlayıb.

Xəbər verilir ki, bu barədə məlumatı “Daily Mail” yayıb.

Məlumata görə, 30 yaşlı keçmiş şahzadə sözügedən muzeydə Asiya incəsənət kolleksiyası ilə işləyir və rəsm sərgilərinin hazırlanmasına köməklik edir.

Xatırladaq ki, Yaponiya taxtının varisi Şahzadə Akişinonun qızı və imperator Naruhitonun qardaşı qızı Şahzadə Mako ilə tələbə yoldaşı Key Komuro 2021-ci ilin oktyabr ayında nikah bağlayıb. Şahzadə Mako sadə vətəndaşa ərə gedərək bütün imtiyazlarından imtina edib. Cütlük nikahdan sonra bir müddət Tokioda yaşayıb və həmin noyabrında ABŞ-a köçüblər. Key Komuro Nyu-Yorkda hüquqşünas olaraq çalışır. Cütlüyün birotaqlı mənzildə yaşadığı bildirilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39