Şənbə, 11 May

Ukraynaya daha öldürücü silahlar veriləcək - Conson Putinə qarşı HƏRƏKƏTƏ KEÇDİ

image

Böyük Britaniya Ukraynaya dəstəyin yeni mərhələsinə keçir.

Xəbər verilir ki, bununla bağlı Boris Conson Nazirlər Kabinetinə tapşırıq verib. Consonun bu addımı atmasına səbəb kimi isə Putinin durumu daha da gərginləşdirmə ehtimalı göstərilib.

Britaniya Müdafiə Qərargahının rəisi, admiral ser Toni Radakin qeyd edib ki, artıq bu məsələ ilə bağlı məsləhətləşmələr aparılır:

“Ukrayna ordusu təkcə iri şəhərləri işğaldan qorumur, o, həmçinin rusları geri çəkilməyə məcbur edir. Buna görə, dəstəyimiz də dəyişməlidir. Hökumət onu hansı hərbi texnika ilə təmin edə biləcəyini nəzərdən keçirir”.

Xatırladaq ki,  Britaniya kəşfiyyatı rus qoşunlarının Kiyevdən çıxarılmasının iki səbəbini açıqlayıb. Britaniyaya görə, Rusiya Kiyev vilayətindəki təşəbbüsünü itirib və onun Kiyevə hücumu istədiyi kimi nəticələnməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44