Bazar, 28 Aprel

Belarus Zelenskinin məsləhətçisinə cinayət işi açdı

image

Belarus Baş Prokurorluğu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviçə qarşı cinayət işi açıb.

Xəbər verilir ki, bu barədə Belarus Baş Prokurorluğu məlumat yayıb.

Bildirilir ki, Aretoviçə respublika ərazisində terror aktlarına çağırış ittihamı ilə cinayət işi açılıb.

“Martın 17-də Ukrayna rəsmisi “Belarus Dəmir Yollarında terror və təxribat aktlarının, respublikanın milli təhlükəsizliyinə zərər vuran digər hərəkətlərin həyata keçirilməsinə ictimai çağırışların əks olunduğu videonu lentə alaraq internetdə yerləşdirib”, - məlumatda bildirilir.

Məlumat üçün deyək ki, ötən gün Aleksey Arestoviç sosial şəbəkədə Ukrayna vətəndaşlarını Rusiyanın işğal etdiyi ərazilərdə total “dəmir yolu müharibəsi” təşkil etməyə çağırıb: “Düşmənin dəmir yolu tədarükünün pozulması, xüsusilə Krım-Melitopol istiqamətində vəziyyəti kökündən bizim xeyrimizə dəyişə bilər. Bu istiqamətdə düşmən Mariupola basqın edən dəstəni təchiz edir”., - o çağırışı zamanı deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39