Çərşənbə axşamı, 07 May

ABŞ-dan Ukraynaya daha bir hərbi yardım: FANTASTİK RƏQƏM SİYAHI

image

Birləşmiş Ştatlar Ukraynaya əlavə 800 milyon dollarlıq hərbi yardım ayıracaq.

Xəbər verilir ki, Bunu ABŞ Prezidenti Cozef Bayden deyib.

Onun sözlərinə görə, təkcə bu həftə ABŞ-ın Ukraynaya yeni təhlükəsizlik yardımının ümumi məbləği 1 milyard dollara çatıb.

Bundan əlavə, ABŞ hakimiyyəti Ukraynaya əlavə silahlar, o cümlədən hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, atıcı silahlar və döyüş sursatları ötürmək niyyətindədir.

Yardıma aşağıdakılar daxildir:

- 800 ədəd müxtəlif radiuslu HHM sistemi. (Bunlar Ukrayna hərbçilərinin istifadə etməyi bacardığı, Şərqi Avropa ölkələri ordularının sərəncamındakı sovet istehsalı olan S-300, “Buk”, “Kub”, “Strela” və s. sistemlər olacaq);

- 5 ədəd Mi-17 helikopteri;

- 100 ədəd “Switchblade-300” və “Switchblade-600” kamikadze dronları;

- 9 min ədəd antitank sistemi (Javelin, AT-4, M-72 LAW);

- 7 min ədəd atıcı silah (pulemyot, avtomat, snayper tüfəngi, tapança və bunlar üçün 20 milyon patron);

- 25 min ədəd zirehli gödəkçə, 25 min ədəd dəbilqə.

Bayden yaxın günlər və həftələrdə yardımların davam edəcəyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24