Bazar ertəsi, 29 Aprel

Rüstəm İbrahimbəyov vəfat etdi

image

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.

Xəbər verilir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

R. İbrahimbəyov uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Qeyd edək ki, R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub.

“Urqa – məhəbbət dairəsi” (1991) - ssenari müəllifi R. İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da "Cənnətə bağlı" (Close to Eden) adı ilə tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində "Feliks" mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə "Amerika film"də "Oskar" mükafatına namizədliyi irəli sürülüb.

Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə “Ən Yaxşı Xarici Dilli Film” kimi “Oskar” mükafatına, Jurinin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

R. İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə R. İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında "Oskar" mükafatına namizədlərdən biri olub.

R. İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub

O, 2013-cü ildə prezident seçkilərində daha çox gündəmə gəlmiş, müxalif partiyaların cəmləşdiyi Milli Şuranın sədri seçilmişdi. 2013-cü il dekabrın 3-də isə Cəmil Həsənli onu əvəzləmişdi.

Allah rəhmət eləsin!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39