Bazar ertəsi, 29 Aprel

Bakıya mesaj verərkən rəzil olan “Vesti”:  - VİDEO

image

Ermənistanın dövlət kimi təcavüzkar praktikası, bu ölkənin cinayətlərlə dolu keçmişi bu günlərdə bütün dünyanın əksinə olaraq aşkar şəkildə Rusiyanı Ukraynaya qarşı müharibədə birbaşa dəstəkləməsinə imkan verir.

Sanksiyaların küncə sıxışdırdığı Rusiya isə hətta Ermənistanın kimi cılız bir ölkənin “dostluğundan” mədət umacaq vəziyyətə salınıb. Hər halda ortada olan mənzərə budur.

Əsrlərdir Rusiyaya yaltaqlanmaqla ondan öz mənafeyi naminə nələrsə qoparmağa çalışan ermənilər bu gün riyakarlıqları və dünyanın Rusiyanın Ukraynaya təcavüzünə qarşı birləşməsi sayəsində Rusiyanın gözünə “böyük” görünməyə başlayıb deyəsən...

Bu mənzərə Rusiyanın “Rossiya-1” telekanalının İrəvandan hazırladığı materialda aydın şəkildə nəzərə çarpır.

Məsələ bundadır ki, Ermənistan bu gün yürütdüyü ikiüzlü siyasət fonunda Rusiya üçün olduqca cəlbedici bir platformaya çevrilə bilər. Hər halda sanksiyalardan qismən də olsa yayına bilmək üçün Rusiya biznesi Ermənistanda kifayət qədər korrupsiyalaşmış və qanunsuzluqlarla dolu bir iqtisadi mühiti görməyə bilməz. Bu, “böyük qardaşın” kiçiyin qarşısında “əzilib-büzülməsinin” əsas səbəblərindən biridir.

Ona görə də “Rossiya-1”də yayımlanan “Vesti” proqramı Ermənistandan bəh-bəhlə süjet hazırlamağı özünə borc bilib. Çünki sanksiyaların məngənəsində olan Rusiya üçün hətta xarici ticarət baxımından İrəvan və ermənilərin təmin edəcəyi qanunsuz körpü belə kiçik nəfəsliyə çevrilə bilər.

Yəni, istənilən halda “Vesti”nin süjetinin kökündə “yaxınlıq”  - mehriban münasibətlər və ya əlaqələr dayanmır. Rusiya öz mənfəəti üçün kiçiyin ayağına getməyə çalışır, Ermənistan isə riyakarlığı sayəsində “böyük qardaşı”nın acizliyindən xeyir güdür.

Bu məqamda isə “Vesti”nin “yaradıcı kollektivi” guya hansısa siyasi mesaj ötürməyə də çalışıb.

Belə ki, guya siyasəti bir kənara qoyub, idmandan danışmağa cəhd edən “Vesti” erməni güləşçi Arsen Culfalakyanın sanksiyaların Rusiya idmançılarına təsirindən “ürək ağrısı” ilə danışır. Fonda isə Culfalakyanın hansısa turnirdə Azərbaycan güləşçisi ilə qarşılaşması və qələbəsinin görüntüləri efirə verilir.

İdmanın siyasətdən uzaq olduğunu iddia edən “Vesti” bu məqamda Azərbaycana siyasi mesajmı verməyə çalışır? Bu cür cılız bir məqamla mesaj verməyə çalışmaq acizliyin hansı səviyyəsini, hansı mərhələsini təşkil edir?

Hər halda “Rossiya-1” bununla ən azı öz idmançılarının üzləşdiyi sanksiyalara haqq qazandırır. Əgər “Rossiya-1”in fikrincə Arsen Culfalakyanın Azərbaycan idmançısına qalib gəldiyi görüntü siyasi mesaj xarakteri daşıya bilirsə, o zaman Rusiya idmançılarının bütün turnirlərdən kənarlaşdırılmasında da Qərbin mövqeyinin haqlı olduğunu etiraf etmiş olur. Olduqca anlaşılmaz vəziyyət və görülməmiş axmaqlıqdır: idmanın siyasətdən kənar olduğunu söyləyib, idmanı siyasətin alətinə çevirirsən və bununla da sənə qarşı çıxan dünyanın haqlı olduğunu etiraf edirsən. Buna görə “Vesti”nin “yaradıcı kollektivi”nə alqış düşür!

Keçək məsələnin digər tərəfinə süjetin arxasında dayanan tələb-təklif münasibətlərinə...

“Vesti”nin həmsöhbəti Arsen Culfalakyan vaxtilə Rusiyanı düşmən adlandırmış, “Hraparak” qəzetində dərc olunan məqaləsində “Rusiya bizə düşməndir, biz Qərbə doğru addımlamalıyıq” ifadəsinin müəllifidir. Bu gün isə daşıyıcısı olduğu qanın ən “ali keyfiyyəti”ni (riyakarlıq) özündə daşıyan A.Culfalakyan Rusiyanın acizliyi qarşısında formalaşan tələbi anlayır və düşmən adlandırdığı Rusiyaya yaltaqlanmaq üçün təklifləri dinləməyə hazır vəziyyətdə kameranın qarşısına keçir, Rusiya idmançıları üçün “timsah göz yaşları” tökür.

Görünür “Vesti”nin “peşəkar” komandası süjeti hazırlayarkən nazir müavini olmaq planları puça çıxdıqdan sonra, arvadını da işə düzəldə bilmədiyi üçün deputatı olduğu Nikol Paşinyanın “Mənim addımın” fraksiyasından imtina edən və bundan sonra erməni baş nazirin qatı düşməninə çevrilən bu “idmançı”nın keçmişinə yaxşı nəzər salmayıb. Əks halda İrəvanda kamera qarşısında bir vaxtlar “Rusiya bizim düşmənimizdir” deyən Arsen Culfalakyandan daha yaxşı yaltaqlanacaq minlərlə insan tapıb danışdırmaq da olardı.

Süjetin ən aciz məqamı isə yəqin ki, Nikol Paşinyanın fikirlərinin yer aldığı hissədir. Alovlu çıxış edən Nikol “Rusastan”ı (Rusiya) ölkəsinin ən vacib tərəfdaşlarının siyahısında ilk pillədə qoyur. Növbəti pillələri isə hazırda Rusiyaya qarşı ən çox çıxan ölkələr sayılan ABŞ və Fransaya verir.

Süjetin bu məqamında “Şeytanın dostluğu dar ağacına qədərdir” atalar sözü yada düşür. Hər halda Rusiya özü də bilir ki, Ermənistan istənilən an onu kürəyindən vuracaq potensiala və xislətə sahibdir. Ancaq nə etmək olar, acizlik hətta cılız Ermənistana da “böyük qardaş” kimi davranmağa vadar edə bilir.

Sonda Azərbaycana mesaj vermək iddiasına düşən “Rossiya-1”in “Vesti” proqramına da bir haşiyə açaq: Əgər hansısa mesajı ötürmək, hansısa siyasi maraqları kadrlarda əks etdirmək istəyirsinizsə, heç olmasa azacıq araşdırma aparın. Əks halda belə gülünc duruma düşürsünüz. İdmanı siyasətdən ayırmaq istəyəndə haqsız duruma düşür, “Rusiya düşməni”ninin “timsah göz yaşlarından” mədət umacaq hala gəlirsiniz... Adınız “Vesti” (xəbər) olsa da, özünüz dünyadan bixəbərsiniz...

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39