Bazar ertəsi, 29 Aprel

Xocalının 14 yaşlı şahidi: “Oğlanın başını kəsib futbol oynayırdılar”

image

“1988-ci ildə Qərbi Azərbaycandan erməni zülmündən qaçın 8 nəfər ailə üzvümüzlə Xocalıya pənah gətirmişdik. Heç 4 il deyildi, özümüzə ev-eşik qurduq ki, yaşayaq, bizə orada da rahatlıq vermədilər. Növbəti dəfə erməni zülmü ilə qarşılaşdıq”.

Xəbər verilir ki, bu sözləri əslən Qərbi Azərbaycandan olan Xocalı sakini Mürvət Məmmədov AzTV-nin efirində “Çıxışa Doğru” proqramında qonaq olarkən deyib.

O bildirib ki, Xocalı qətliamı baş verəndə onun cəmi 14 yaşı olub:

“Erməni zülmü ilə mən və ailəm hələ 1988-ci ildə qarşılaşmışdıq. Biz Qərbi Azərbaycandan köçkün düşərkən qardaşım çayda boğularaq öldü. İlk ağır itkimi  o zaman aldım. Sonra 1992-ci ildə Xocalı soyqırımında cəhənnəm yaşadıq. Qətliamdan əvvəl 5 ay Xocalı blokadada qaldı. Qaz, işıq, su yox, yemək yox, silah yox idi. 14 yaşlı uşaq ağlı ilə mən havada uçuşan mərmiləri artıq normal qəbul edirdim. O qədər mütəmadi atəşə tutmuşdular ki, belə soyqırımı olacağını düşünmürdük”.

Fevralın 26-da ailə üzvləri ilə birlikdə top atəşinə tutulduqlarını deyən M.Məmmədov dəhşətli gecədə iki qardaşının və atasının postda olduğunu bildirib:

“Səhərə yaxın Möhlət adlı qardaşım gəlib anama dedi ki, ermənilər Xocalıya daxil olub. Anam uşaqlara isti paltar geyindirdi. İstəyirdik ki, qoşulub digər Xocalılara meşəyə doğru gedək, evin içərisində əsir düşdük. Ermənilər evlərə əl qumbarası atdılar. Mən ayağımdan, anam kürəyindən yaralandı.  Avtomatın qundağı ilə ölən qadının ağzına vurub, qızıl dişlərini sındırıb götürdülər. Ölən körpə uşağın meyitini zibil kimi kənara atdılar. Sonra da bizi evin içinə yığıb, üstümüzə benzin töküb diri-diri yandırmaq istəyirdilər. O gün kiçik qardaşım Ruslanın 3 yaşı var idi. Ermənilər üstümüzə gələndə qardaşım dil açıb, əllərini qaldırdı ki, bizi öldürməyin. Həmin an ölən körpənin atası ermənilərə atəş açanda onlar bizi lap qəddarlıqla döyməyə başladılar. Bizi möhkəm döyüb Əsgəran Rayon Polis Şöbəsinə apardılar”.

Atası və qardaşların aralı düşən 14 yaşlı Mürvət ayağından yaralanır:

“Yaralı ayağıma basıb, yaramı əzə-əzə əlimə dəsmal verdilər ki, dəhlizdə su yerinə axan qanı yuyum. 11 yaşlı qardaşım Əhməd mənə işgəncə verildiyini görüb, erməniyə bu gün doğum günü olduğunu dedi. Erməni hamının gözü qarşısında avtomatla qardaşımın ovcunun içindən güllə ilə vurdu. Uşağın əli para-para oldu. Uşaq ağrıdan ölür, özünü divara çırpırdı.  Erməni daha da əzab çəksin deyə əlinin üstünə qaynar su töküb yandırdı. Gözümüzün qabağında bir nəfərin başını kəsib top kimi futbol oynayırdılar. Gözümüzü qorxudub, ruhumuzu qırırdılar.

Mürvət illər keçməsinə baxmayaraq o zülmü unutmur. Ermənilər onun atasını və iki qardaşını aparıb erməni məzarının üstündə başlarını kəsdilər. Bu günə qədər də onların meyitlərini tapmayıblar.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39