Bazar ertəsi, 29 Aprel

Üç qırmızı, dörd qol: “Ağ-qaralar” yeddi dəqiqəyə yarımfinala çıxdı - YENİLƏNİB

image

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sabah” – “Neftçi” matçı qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Sabah”ın ispaniyalı cinah hücumçusu Xuan Kamara 41-ci dəqiqədə hesabı açıb. Lakin “Neftçi” 61-ci dəqiqədə Emin Mahmudovla, 62 və 68-ci dəqiqələrdə Ramon Maşado ilə önə keçib.

“Neftçi”nin yarımfinaldakı rəqibi sabah keçiriləcək “Səbail” – “Zirə” matçının qalibi olacaq.

17:50

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Sabah” – “Neftçi” matçında qalmaqal baş verib.

“Neftçi”nin futbolçusu Eddi İsrafilov sərt sürüşmə fəndi ilə “Sabah”ın futbolçusu Aleksey İsayevi yıxıb. İsayev bundan qəzəblənərək İsrafilovu vurub. Meydan sahiblərinin qapıçısı, “Neftçi”dən bu kluba keçmiş Səlahət Ağayev də münaqişəyə qoşulub.

Bu səbəbdən baş hakim Rəvan Həmzəzadə 75-ci dəqiqədə İsayevə və Ağayevə birbaşa qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra “Sabah”ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub. O, həmçinin “Neftçi”nin baş məşqçisi Samir Abbasovu da unutmayıb. S.Abbasova sarı vərəqə göstərilib.

Qeyd edək ki, “Sabah” ilk hissədən sonra 1:0 qalib gəlsə də, “Neftçi” 61-68-ci dəqiqələrdə 3 qol vurub. Matç belə başa çatsa, “Neftçi” 3:1 hesabı ilə yarımfinala vəsiqə qazanacaq.

10:42

Bu gün futbol üzrə Azərbaycan Kubokunda daha bir matç baş tutacaq.

Xəbər verilir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində “Sabah” “Neftçi”ni qəbul edəcək.

İlk qarşılaşmada qollu heç-heçə edən Bakı klubları növbəti mərhələyə vəsiqə üçün mübarizə aparacaq. Qış fasiləsindən sonra qələbə həsrətində olan “Neftçi” bu il uduzmayan rəqibini dayandırmağa çalışacaq.

Azərbaycan kuboku
1/4 final, cavab oyunu
12 fevral
16:00 “Sabah” – “Neftçi”

Baş hakim: Rəvan Həmzəzadə
“Bank Respublika Arena”
İlk oyun – 1:1

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” matçlarından sonra son iki yarımfinalçı da müəyyənləşəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39