Bazar, 28 Aprel

Azərbaycanın daha bir cüdoçusu Qran-pridən kənarlaşdırıldı - SƏBƏB

image

Azərbaycan cüdoçusu İmran Yusifov Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridən kənarlaşdırılıb.

Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançının təkrar yoxlama zamanı PCR testinin nəticəsi pozitiv çıxıb.

Daha öncə Yusifovdan Bakıda bir, Portuqaliyada iki test götürülüb və hamısının nəticəsi neqativ olub.

Portuqaliyanın daxili qaydalarına əsasən, o, 7 gün müddətinə təcrid olunub.

"Yusifovun, həmçinin nəticələri daha öncə pozitiv çıxan bütün heyət üzvlərinin sağlamlıq vəziyyətləri qənaətbəxşdir, ciddi ağırlaşma halları yoxdur. Bütün heyət üzvlərinin müalicəsi Azərbaycan Cüdo Federasiyasının ciddi nəzarəti altındadır və onlar ehtiyac duyulan bütün tibbi və digər vasitələrlə təmin ediliblər", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bu gün yığma üzvlərindən Adil Kərimli (100 kq.) və Uşanqi Kokauri (+100 kq.) güclərini sınayacaqlar. Daha əvvəl Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39