Cümə, 26 Aprel

Saakaşvili Rusiya-Ukrayna gərginliyini şərh etdi - FOTO

image

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, yaxın həftələrdə Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi olmayacaq.

Onun fikrincə Qərbin düzgün reaksiyası ilə gələcəkdə baş verə biləcək genişmiqyaslı müharibənin qarşısını almaq mümkündür.

“Hazırda Rusiya tərəfindən Ukrayna ilə bağlı indiyə qədər baş verənlər Qərbin və Ukraynanın özünün təhlükəyə reaksiyasının kəşfiyyatıdır. Mən Putinin yaxın vaxtda genişmiqyaslı hücumunu gözləmirəm. Əgər Qərb düzgün reaksiya göstərməyə davam edərsə, biz genişmiqyaslı müharibə təhlükəsindən qaça biləcəyik”, - Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

Keçmiş dövlət başçısı Ukrayna prezidenti Zelenskinin tamamilə haqlı olduğunu və indiki zamanda panikaya düşməyin gərəksizliyini qeyd edib. O, vurğulayıb ki, Ukrayna indi tarixdə heç vaxt olmadığı qədər beynəlxalq dəstəyə malikdir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33