Cümə, 10 May

Donbasda atəşkəs pozuldu - Ukrayna ordusu itki verdi

image

İşğal edilmiş Donbas bölgəsində separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusunun bir hərbçisi həlak olub.

Xəbər verilir ki, Ukrayna Silahlı Qüvvələrinin verdiyi açıqlamada separatçıların gün ərzində atəşkəsi 10 dəfə pozduqları bildirilib.

Açıqlamada Donbasın Pişevika, Avdiyivka və Zolotoye şəhərlərindən separatçıların açdığı atəş nəticəsində Ukrayna ordusundan bir əsgərin öldüyü deyilib.

Ukrayna baş qərargah rəisi Ruslan Xomçak martın 30-da parlamentdəki çıxışında Rusiyanın təlim bəhanəsi ilə ölkə sərhədləri yaxınlığına qoşun göndərdiyini açıqlayıb.

Rusiya, Ukrayna və ATƏT-dən ibarət üçtərəfli təmas qrupu Donbas münaqişəsinin həlli ilə əlaqədar ötən il iyulun 27-də bölgədə atəşkəs elan etmişdi.

Özünü “müstəqil” elan edən separatçılarla Ukrayna arasında 2014-cü ildən bəri baş verən qarşıdurmalarda 13 mindən çox insan həyatını itirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32