Bazar ertəsi, 17 İyun

“Ruslar evinizə girdisə, onları getməyə məcbur etmək çətin olur” - Blinken

image

“Birləşmiş Ştatlar Qazaxıstanda baş verən hadisələrdən narahatdır, lakin hesab edir ki, respublika KTMT-nin köməyi olmadan da vəziyyətin öhdəsindən gələ bilər”.

Xəbər verilir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib. 

“Biz Qazaxıstandakı fövqəladə vəziyyətdən çox narahatıq. Hakimiyyətə xəbərdarlıq etmişdik ki, proporsional, münasib şəkildə, etirazçıların hüquqlarına uyğun reaksiya versinlər”, - deyə Blinken jurnalistlərə bildirib.

O, ABŞ-ın istənilən zorakılığı pislədiyini və Qazaxıstanla münasibətləri yüksək qiymətləndirdiyini vurğulayaraq, tərəfləri vəziyyətin sülh yolu ilə həllini tapmağa çağırıb.

Blinken bildirib ki, Qazaxıstanın KTMT-yə müraciət etməsi ABŞ-da suallar doğurur.

“Vaşinqtonun hesablamalarına görə, respublikanın vəziyyəti təkbaşına həll etmək üçün kifayət qədər resursları var. Onların niyə kənar yardıma ehtiyac duyduqları aydın deyil”, - deyə dövlət katibi bildirib.

O, iğtişaşları iqtisadi səbəblərlə əlaqələndirib.

"Keçmiş tarixdən bir dərs: ruslar evinizə girdisə, onları getməyə məcbur etmək çətin olur", - deyə Blinken əlavə edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski şərtini açıqladı

  • 16.06.2024 - 19:28
image

“28 May”da kütləvi DAVA

  • 14.06.2024 - 10:33
image

Lavrov Donbasa səfər edəcək

  • 12.06.2024 - 19:22
image

Bu rayonda qaz olmayacaq

  • 12.06.2024 - 15:49