Bazar, 28 Aprel

Salyanda 3 şəhid ailəsinin və qazin yaşadığı məhəllə bərbad gündədir:“İcra hakimiyyətindən dedilər ki, bundan da pis yollar var” 

image

“Mən Salyan rayonu, 20 yanvar küçəsində, bina 16, mənzil 10-da yaşayıram. Binamızın  qarşısından keçən yol çox bərbad gündədir, məhəllədə dözülməz vəziyyət yaranıb. Baxımsız və su ilə dolu bu yol piyadalara və sürücülərə çətinlik yaradır. Yağış, qar olanda yolda vəziyyət daha da acınacaqlı olur.
 
Biz də digər insanlar kimi çıxıb harasa getmək istəyirik, işimiz-gücümüz var, amma bu yol bizi hər işimizdən edir. Rahat şəkildə biz harasa gedib-gələ bilmirik. Məhəlləmizdə həm də 2-ci Qarabağ döyüşlərində şəhid olmuş mayor Balıyev Hüseynağanın, bir də birinci Qarabağ döyüşlərində şəhid olan Əliyev Müşfiq,  İbrahimov Natiqin də ailəsi yaşayır. Mən özüm də vətən müharibəsində könüllü döyüşmüşəm. Şəxsi özüm üçün heçnə istəmirəm, ehtiyacım yoxdur, ehtiyacım yoxdur deyəndə yalan olar, təbii ki, hamının diqqətə ehtiyacı var, amma  bilirəm ki, ağız açsam da etməyəcəklər. Ona görə də yolumuzun asfaltla döşənməsindən başqa bir şey istəmirik
 
Bunu 2-ci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən könüllü qazi Əfqan Zamanov bildirib. O deyir ki, problemlə bağlı aidiyyatı qurumlara müraciəti cavabsız qalıb.

“Mən özüm şəxsən aidiyyatı qurumlara, daha dəqiq desək Salyan rayon İcra hakimiyyətinə müraciət etmişəm. İcra başçısı tapşırdı ki, bu oğlanın problemi ilə maraqlanın. Yarım saat sonra nümayəndələr gəlib baxdılar da, dedilər ki, bu yola asfalt yox, “qrabel” tökək. Bildirdim ki, sakinlərin hər biri öz hesablarına bu yola siz dediyinizdən tökdürüb, amma torpaq “qrabel”-i yağış yağdıqca “yeyir”, yenə də həminki vəziyyət olur.

Bu sözdən sonra mənə cavabları o oldu ki, bundan da pis vəziyyətdə olan yollar var. Amma həqiqətən də bizim yollarımız pis gündədir, məhəlləyə girmək mümkün olmur. Mən sizə videoları verəcəm, özünüz də görəcəksiz ki, vəziyyət nə qədər acınacaqlıdır. Onu da deyim ki, 6-7 il əvvəl məhəllədəki kanalizasiya problemini də sakinlər öz vəsaitləri hesabına müvəqqəti də olsa həll ediblər. Çox xahiş edirəm ki, şəhidlərimizin və mənim xətrimə heç olmasa bu yolları düzəltsinlər” bildirib.
 
Qeyd edək ki, Əfqan Zamanov Fizuli, Zəngilan və Qubadlı uğrunda döyüşlərdə qəhrəmanlıq göstərib. İnanırıq ki, tezliklə könüllü döyüşçümüzün yol problemi öz həllini tapacaq.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39