Cümə axşamı, 09 May

Axtarış

Şam” üzrə 3417 nəticə tapıldı

19.03.2024 - 11:05

Kivinin dəri və saç üçün möcüzəvi faydası - FOTO

Kivi həm dəri, həm də saç üçün çox faydalı meyvədir. Tərkibində kalium, karbohidratlar, natrium, kalsium, dəmir mineralları, A vitamini, C vitamini, D vitamini, B12 vitamini və B6 vitamini var. Kivinin saç və dəri üçün faydaları saysız-hesabsızdır. Qırışları azaldır Kivi E vitamininin ən yaxşı qaynaqlarından biridir. Merilend Universiteti Tibb Mərkəzi bildirir ki, E vitamini qırışları azalda bilən vitaminlərdən biridir. Dərini C vitamini ilə təmin edir Kivi tərkibində


19.03.2024 - 09:36

Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü

Füzuli rayonunda 1984-cü il təvəllüdlü Əfqan ailə münaqişəsi zəminində həyat yoldaşı Dilarəni (adlar şərti verilib - red.) qətlə yetirib. Əldə etdiyimiz məlumata görə, Əfqan 23 sentyabr 2023-cü ildə axşam saatlarında arvadı Dilarə ilə mübahisə edib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, 2004-cü ildə Dilarə ilə rəsmi nikaha daxil olmaqla ailə qurub, birgə


19.03.2024 - 08:56

Bu gün İlaxır çərşənbədir

Bu gün Azərbaycanda Novruz bayramının sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur. Xəbər verilir ki, digər çərşənbələrdən fərqli olaraq, xalqımız axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir. İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır. Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündə


17.03.2024 - 13:44

Hava ilə bağlı - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında martın 18-i axşamdan 21-dək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorolgiya Xidməti məlumat yayıb. Şimal-qərb küləyi 19-u gündüz, 20-də 15-20 m/s, 20-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcək.


17.03.2024 - 09:36

Bu gün 46 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 46 min 741 şagird üçün buraxılış imtahanı keçirəcək. Bu barədə DİM-dən məlumat verilib. Qeyd olunub ki, imtahan Bakı şəhərinin Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov rayonlarında, Gəncə - 1, Samux, Daşkəsən, Qazax, Ağstafa, Şəki, Lənkəran - 1, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Şirvan, Qusar, Siyəzən, Xızı, Ş


16.03.2024 - 12:18

Rusiyada eyni anda iki neft emalı zavoduna PUA hücumu oldu - VİDEO

Rusiyanın Samara vilayətində iki zavoda pilotsuz uçuş aparatları ilə (PUA) hücum olub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Birinci PUA Sızrandakı neft emalı zavodunun ərazisinə düşüb. Orada yanğın başlayıb. Hazırda yanğının sahəsi 500 kvadratmetrdir. Fövqəladə Hallar Xidməti hadisə yerindədir. Eyni vaxtda daha bir neçə pilotsuz təyyarə Novokuybışevsk neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb. Həmin


16.03.2024 - 11:27

Sabah 18 dərəcə isti olacaq - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq. Bu barədə Milli Hidrometeorolgiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu gecə 4-7° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 763


16.03.2024 - 11:00

Bakıda gecəyarısı sevgilisini maşında gördü: “Səsləri gəlirdi...” - Şok təfərrüat

Bakının Xəzər rayonunda 2004-cü il təvəllüdlü Telman qısqanclıq zəminində mübahisə zamanı sevgilisi Ləmanla münasibət saxlayan Ayaza (adlar şərti verilib - red.) xəsarət yetirib. Xəbər verilir ki, Telman 22 iyun 2023-cü ildə gecə saat 04.00-da Xəzər rayonu, Qala qəsəbəsi, Yeni sahədə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Ləmanın sərnişin qismində əyləşdiyi taksi fəaliyyəti ilə məşğul olan Ayazın


14.03.2024 - 22:07

Anqolada qəribə hadisə: 50 nəfərin ölüm səbəbi hər kəsi heyrətləndirir

Anqolada 50-dən çox adam yerli inanclarına görə cadu mayesi içərək ölüb. Bu barədə polis və yerli hakimiyyət orqanlarına istinadən məlumat yayılıb. Camakupa bələdiyyəsinin əməkdaşı Luzia Filemone bildirib ki, 50-dən çox insan sirli maye içməyə məcbur edilib. Öz növbəsində, yerli polis rəisi Antonio Samba bildirib ki, son iki ayda bu mayenin içilməsi nəticəsində ölənlərin sayı 30-dan 50-yə yüksəlib. Qeyd


14.03.2024 - 16:40

NATO baş katibi Cənubi Qafqaza səfər edəcək

NATO baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Gürcüstana səfər edə biləcəyini açıqlayıb. O, bu barədə Brüsseldə mətbuat konfransında bildirib. “Bir neçə dəfə Gürcüstanda olmuşam və tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda bu ölkəyə yenidən səfər edəcəyəm. NATO dəyərlərə, demokratiyaya, qanunun aliliyinə əsaslanır və Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunda bu standartlara


14.03.2024 - 14:13

Sumqayıtda 7 yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var - VİDEO

Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Xəbər verilir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Daha sonra son söz demək üçün Mehman


14.03.2024 - 12:15

Azərbaycanda bu tarixdən hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ/VİDEO

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 15-i axşam şimal və qərb rayonlarından başlayaraq havanın dəyişəcəyi, 17-dək fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Xəbər verilir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd olunub ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi-Aran, Lə


Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32