Bazar, 19 May

Axtarış

yük” üzrə 114 nəticə tapıldı

04.10.2021 - 19:00

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb - VİDEO

Ermənistanın yük maşınları 10 gündən çoxdur ki, Rusiya-Gürcüstan sərhədində qalıb. Xəbər verilir ki, bu barədə məlumatı “News.am” yayıb. Məlumata əsasən, Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda təqribən 200 yük maşını dayanıb. “Bizə keçməyə icazə vermirlər. Bunun bir izahı var – ermənilər üçün yol bağlıdır. Gözümüzün önündə Gürcüstan


29.09.2021 - 14:33

Zəngəzur dəhlizi açılmasa, Qərbi Zəngəzur davası açılacaq

Kapitulyant ölkənin seçimi qalmayıb; vaxtı uzatmaqla Ermənistan özünə qəbir qazır; daha Bakı və Ankaranın iradəsindən kənar heç bir güc regionda at oynada bilməyəcək, çünki.. Məşhur bir deyim var: “Qalibi mühakimə eləmirlər”. Əlavə edərdik: xüsusən də qalib haqlı olduqda. Azərbaycan həm beynəlxalq hüquq, həm də tarixi gerçəklik və ədalət prizmasından baxanda, sözsüz ki, haqlı tərəfdir. Di gə


12.09.2021 - 11:52

"Mançester Yunayted" qalib gəldi - Ronaldo ilk oyununda dubl etdi

İngiltərə Premyer Liqasının dördüncü turu çərçivəsində “Mançester Yunayted” klubu öz meydanında “Nyukasl”ı qəbul edib. Məlumata görə, oyun meydan sahibinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Mançester Yunayted”in heyətində qolları K.Ronaldo (45+2 və 62c- dəqiqələr), Bruno Fernandeş (80-ci dəqiqə) və Cessi Linqard (90+2-ci dəqiqə) vurublar, “Nyukasl”ı yeganə qolunun müəllifi isə 56-cı dəqiqədə Havyer Mankilyo olub. Qeyd edək ki, dörd turdan sonra “Mançester Yunayted”


06.09.2021 - 09:56

İstanbulda inanılmaz tryuk: 4 rekord birdən vuruldu

İtaliyalı təyyarəçi və kaskadyor Dario Kosta İstanbulda göstərdiyi inanılmaz tryuk ilə Ginnesin rekordlar kitabına düşüb. O, 43,44 saniyə ərzində təyyarə ilə Çatalacadakı 2260 metr uzunluğundakı iki avtomobil tunelindən keçib.  Xəbər verilir ki, eksperiment vaxtı 245 km/saat sürətlə uçan təyyarənin bortu asfaltdan cəmi 0.7-1 metr yuxarıda olub. Pilot həmçinin qanadlarla tunelin divarları arasındakı məsafəni də gözləməli idi.  Kosta bu tryuku həyata keçirməklə


04.09.2021 - 18:50

İrlandiya - Azərbaycan: heyətlər

DÇ-2022-nin seçmə mərhələsində bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq İrlandiya - Azərbaycan oyunu üçün heyətlər açıqlanıb. Xəbər verilir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq:  İrlandiya: 1. Qavin Bazunu, 2. Şeymus Koulman, 4. Şeyn Daffi, 5. Con Eqan, 6. Josh Cullen 7. Mett Doerti, 11. James Mclean, 17. Jayson Molumby, 21. Aaron Connoly, 10. Troy Parrot, 9. Adam İdah Ehtiyat oyunçular: 16. Kuivin Kelleher, 23. Ceyms Talbot, 3. Rayan Manninq, 8. Konor Hurihan, 12. Kallum Robinson, 13. Ceff Hendrik, 14. Alan Braun, 15. Daril Horqan, 18. Cemi Makqrat, 19. Ceyms Kollins, 20.


17.08.2021 - 10:37

Mehdiyevlə Nağdəliyevin icra başçılarını “yığışdırmağın” vaxtı çatıb

Tərtərin icra başçısı Müstəqim Məmmədovun vətəndaşlarla kobud rəftarını, insanların üstünə çığırıb-bağırmasını, videoçəkilişə icazə verməməsini əks etdirən kadrlar bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur.  Həmin epizodda vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər. Bu zaman bəzi sakinlər çəkiliş aparmaq istəsələ


13.08.2021 - 10:52

Putin Lukaşenkonu təqaüdə yola salır

“Rusiya Lukaşenkonu yola salmağa qərar verib. Bu, yeni yox, ötən il Belarusda başlayan xalq hərəkatından sonra (hətta istisna deyil ki, daha əvvəl) verilmiş qərardır”. Məlumata görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. Onun sözlərinə görə, Qərb də bunu bilir və Lukaşenkoya qarşı sanksiya üstünə sanksiya qoyur: “İlk baxışdan anlamağın çətin olduğu paradoksal situasiya yaranıb: Lukaşenko Rusiyanın dərin inteqrasiya (faktiki birləş


29.07.2021 - 17:38

Moldova Rusiyadakı səfirini GERİ ÇAĞIRDI

Moldovanın Rusiyadakı səfiri Vladimir Qolovatyuk məsləhətləşmələr üçün Kişinyova geri çağırılıb. Xəbər verilir ki, bu məlumatı Moldova Xarici İşlər Nazirliyi yayıb. Onun qeyri-müəyyən müddətə geri çağırıldığı bildirilib. Qeyd edək ki, Moldova mətbuatı bundan öncə səfirin adının seksual xarakterli skandala qarışdığını yazıb. O, həmçinin rusiyayönlü Sosialistlər Partiyasının üzvüdür.


25.07.2021 - 14:23

Rusiyalı nazir davadan sonra vəfat etdi

Rusiyanın Amur vilayətinin rabitə naziri Aleksandr Kurdyukov vəfat edib. Xəbər verilir ki, nazir istirahətdə olduğu zaman turbazaların birində baş verən davada iştirak edib. Bundan sonra o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq A.Kurdyukovun həyatını xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə oraqanları hadisə ilə bağlı hələ ki açıqlama verməyiblər. Qeyd edək ki, A.Kurdyukovun 40 yaşı var


12.07.2021 - 09:53

"Kadrlara görə quduz olmayan bütün itlərdən üzr istəyirəm" - Mirşahin

“Sosial medianın başıpozuqları virtual məkanda öz üstünlüklərini sübut etməkdən ötrü hər fürsətdən bəhrələnirlər. Palçıq vulkanı belə onlardan ötrü süd duşuna çevrilir... Ən pisi, acınacaqlısı budur ki, Çox ciddi qurumlar virtual bir güruhun, qeyri ciddi bir amorfluğun suallarını cavablandırmaqla onları leqallaşdırır. Onlar hələ də-məsumluqla, səmimiyyətlə inanırlar ki, qarşılarındakılar normal beyin sahibləridir. Əfsus


05.07.2021 - 14:35

Müdafiə nazirinə dikdaban ayaqqabılar hədiyyə edildi - Kuryoz OLAY

Ukraynadakı bir qrup millət vəkili rəsmi mərasim məşqində qadın əsgərlərə dikdaban ayaqqabı geyindirilməsinə etiraz edib. Bu məqsədlə onlar maraqlı yola əl atıb. Xəbər verilir ki, qadın deputatlar bu ideyanın sahibi olan Müdafiə naziri Andrey Tarana dikdaban ayaqqabılar hədiyyə edib. Daha sonra Parlament sədrinin müavini Elena Kondratyuk açıqlama verərək Müdafiə nazirinin bu addımını təhqir adlandırıb: "Bu cəfəngiyatı Ukrayna Mü


03.07.2021 - 10:15

Kanadada anomal istilər 720-dək insanın ölümünə səbəb oldu

Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində təxminən 720-dək insan anomal istilər səbəbindən ölüb. Xəbər verilir ki, bu barədə “CBS” telekanalı əyalətin baş məhkəmə tibb eksperti Lia Lapoynta istinadən məlumat yayıb. Onun sözlərinə görə, son bir həftə ərzində polis Britaniya Kolumbiyasının müxtəlif şəhərlərində sakinlər arasında 719 qəfil ölüm hadisəsini qeydə alıb. Ehtimal olunur ki, bu insanları


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41