Cümə axşamı, 18 Aprel

Zəngəzur dəhlizi açılmasa, Qərbi Zəngəzur davası açılacaq

image

Kapitulyant ölkənin seçimi qalmayıb; vaxtı uzatmaqla Ermənistan özünə qəbir qazır; daha Bakı və Ankaranın iradəsindən kənar heç bir güc regionda at oynada bilməyəcək, çünki..

Məşhur bir deyim var: “Qalibi mühakimə eləmirlər”. Əlavə edərdik: xüsusən də qalib haqlı olduqda. Azərbaycan həm beynəlxalq hüquq, həm də tarixi gerçəklik və ədalət prizmasından baxanda, sözsüz ki, haqlı tərəfdir. Di gəl, bir süni “əmma” var. Bu da odur ki, məğlub elədiyimiz tərəf xristianların “ərköyün” sevimlisi ermənilər olduğundan Qərb (xristian) dairələri hələ də halal qələbəmizə “donuz piyi” qatmağa cəhdlər edirlər.

Aydındır ki, öz ərazi bütövlüyünü təkbaşına bərpa etməklə BMT TŞ-nin məlum qətnamələrini reallaşdıran Azərbaycan da xristian dövləti olsaydı, bizə qarşı bunca qıcıq olmazdı, qələbəmizi dərhal həzm edərdilər. Necə ki, saxta “erməni soyqırımı”nı tanıyan ölkələrin hamısı xristian dövlətləridir. Yəni qardaş Türkiyəyə qarşı da illərdir eyni təhdid və təzyiq mexanizmi - xristian təəssübkeşliyi amili qüvvədədir.

Bu xüsusda ölkəmizə Qərb dairələrinin, xüsusən də ABŞ və Fransanın 1 ildir davam edən narazı, ifrat haqsız münasibəti, həmçinin çıxarılan ədalətsiz qərarlar, “ikili standart” siyasətinin, siyasi ikiüzlülüyün qabarıq təzahürü sayıla bilər. Hərçənd xristian dünyasında ədaləti etiraf edənlər, haqq səsimizi eşidənlər də var.     

“Cənubi Qafqazda qanun və ədalət zəfər çaldı. Hamımız bilirik ki, Ermənistan beynəlxalq hüquqa zidd olaraq, BMT-nin tələblərini vecinə almayaraq Azərbaycan ərazilərini işğal eləmişdi”.

Məlumata görə, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, siyasət elmləri doktoru Tatyana Poloskova “Trend”ə deyib.

Необходимо разобраться в причинах и найти виновников трагедии в Ходжалы –  российский политолог

 Tatyana Poloskova 

“Azərbaycanın Vətən müharibəsində qələbəsindən sonra regionda geosiyasi vəziyyəti əhəmiyyətli şəkildə dəyişib. Azərbaycan özünü Cənubi Qafqazda lider kimi, Türkiyə isə dünyada ciddi böyük potensialı olan güclü regional dövlət kimi göstərib. Məhz Türkiyə və Azərbaycanın strateji ittifaqı indi Cənubi Qafqazda sabitliyin və müsbət dəyişikliklərin təminatçısıdır”, - deyə ekspert vurğulayıb.

Həqiqətdə də belədir. Başqa sözlə, artıq Bakı və Ankaranın siyasi iradəsindən kənar heç bir xarici qüvvə, dövlət, “çağırılmamış qonaq” regionda at oynada bilməyəcək. Nəzərə alsaq ki, beynəlxalq hüquq tamamən Azərbaycan və Türkiyə tərəfdədir, o zaman iki qardaş ölkənin təklif elədiyi əməkdaşlıq formatlarını (“Beşlik”, “Altılıq”) Ermənistan da, onun havadarları da enində-sonunda qəbullanmalı olacaqlar.

Ona görə ki, vaxtı uzatmağın ən ağır zərbəsi ilk növbədə dərin böhran içində olan və sürətlə boşalan Ermənistana dəyəcək. Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarından birində vurğuladığı kimi, ölkəmiz mövcud vəziyyətdə, kommunikasiyalar açılmadan da inkişafa davam edə bilər. Ermənistanın isə belə şansı, potensialı, inkişaf perspektivi yoxdur. Bu şansı, o cümlədən dünya okeanına çıxışı ona yalnız Azərbaycanla imzalanacaq sülh müqaviləsi verə bilər.

“Ermənistan bir ölkə kimi gələcəkdə yoxa çıxmağa məhkumdur”.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq  şəraitində həyata keçirilir - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya  Agentliyi

Oleq Kuznetsov

Bu sözləri isə rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib. Onun qənaətincə, Cənubi Qafqaz regionunun tarixini və müasir dövrünü daha çox tədqiq etdikcə, Ermənistanın sistemli böhranı fonunda fiziki mövcudluğunu davam etdirməsi üçün daha az perspektiv görünür.

“Bu ölkənin yaxın 10-15 il üçün gələcəyi müəyyəndir, amma 25 ildən sonra ola bilər ki, dünyanın siyasi xəritəsində Ermənistan kimi bir dövlət olmasın. Hələ 8 il əvvəl, 2013-cü ildə mən yazırdım ki, erməni gəncliyi öz perspektivini vətənində deyil, diasporda görür və elə o vaxt ölkə əhalisinin azalmasını proqnozlaşdırırdım”, - deyə o qeyd edib.

Ekspertə görə, Ermənistanda indi yaşanan dərin sistemli böhran ən əvvəl özünüdərk böhranıdır və bu, heç də ötən ilin payızındakı müharibədə məğlubiyyətdən sonra yaranmayıb, əksinə, hələ sovet dövrünə gedən dərin kökləri var: “Ən yeni erməni dövlətçiliyi bu dərin daxili böhranı irs götürüb və bunun öhdəsindən gələ bilməyib. Ona görə də mən əminəm ki, Ermənistan bir ölkə kimi strateji perspektivdə yoxa çıxmağa məhkumdur. İndi Ermənistan əhalisi iki milyon nəfərə yaxındır və hər il 100 min nəfərədək insan ölkəni tərk edir, vətəndaşlığını dəyişir. Belə davam etsə, 20 ildən sonra Ermənistanda erməni qalmayacaq. Ermənistan əhalisi sürətlə qocalır, pensiya yaşlı insanların sayı gənclərin sayını üstələməyə başlayır. Ona görə də ölkədə təbii artım göstəriciləri artıq mənfi səviyyədədir və fərq getdikcə daha da çoxalacaq”.

Qurtuluş yolu isə çoxdan bəlli və nə qədər qəribə də olsa, “xilas kəməri”ni İrəvana məhz Bakı və Ankara atıb...

“Bakının dəfələrlə vurğuladığı məlum rəsmi mövqeyi alqışlamaq olar: müharibə bitib və indi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır. Bununla da bu bütün dünyaya mesaj verilib ki, yeni hərbi partlayışın məsuliyyətini kim daşıyacaq”.

Qriqori Trofimçuk: Azərbaycanın ATƏT-in Minsk Qrupuna çoxlu sualı var -  "İki sahil"

 Qriqori Trofimçuk 

Bunu isə rusiyalı politoloq Qriqori Trofimçuk bildirib.

Analitik əlavə edib ki, Azərbaycan dinc quruculuğa və tərəqqiyə köklənib və Moskva sırf hərbi baxımdan sülh prosesinə zəmanət verməyə hazırdır: “Odur ki, İrəvan bu iki paytaxtdakı ovqatdan nəticə çıxarmalıdır. Əks halda, Azərbaycan Ordusu İrəvana yaxınlaşa bilər. Bunu isə heç kim istəmir”.

Təbii ki, nə Azərbaycan, nə də Türkiyə orduları İrəvana girməyi hədəfləməyib - indiki Ermənistan bütövlükdə İrəvan xanlığı və digər tarixi Türk torpaqlarında bərqərar olsa da. Ancaq dəfələrlə yazdığımız kimi, biri-birinin ərazi bütövlüyünü tanımamaq yanaşması özündə bumeranq effekti daşıyır. Yəni Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımamaqla avtomatik şəkildə öz ərazi bütövlüyünü şübhə və təhlükə altına atır. Bilə-bilə ki, hazırkı Azərbaycan Respublikası 1918-20-ci illər ADR-in hüquqi varisidir, Azərbaycan SSR-in yox! 

Bu barədə İlham Əliyev az öncə Ermənistan rəhbərliyini bir daha xəbərdar edərək deyib ki, Ermənistan ölkəmizə qarşı ərazi iddialarını davam etdirərsə, o zaman biz də Qərbi Zəngəzura iddia irəli sürə bilərik. Hansı ərazi ki, məhz SSRİ dönəmində Moskva tərəfindən Azərbaycan SSR-dən qoparılaraq Ermənistan SSR-ə verilib, bununla da Türkiyə ilə, Naxçıvanla Azərbaycanın materik hissəsi ilə (oxu: böyük Türk dünyası ilə) quru əlaqə kəsilib.

Artıq zaman yetişib ki, həmin əlaqə təzədən bərpa olunsun. Hələlik Zəngəzur dəhlizi şəklində. Əgər Ermənistan rəhbərliyi özünü ağılsız aparmağa davam edərsə, o zaman nəinki Zəngəzur dəhlizi, Qərbi Zəngəzur məsələsi gündəmə gələ bilər. İrəvanın isə faktiki seçimi qalmayıb. Vaxtı uzatmaqla Ermənistan yalnız özünə qəbir qazır...

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28