Bazar, 19 May

Axtarış

yanğınlar” üzrə 110 nəticə tapıldı

21.08.2023 - 11:32

Havayda meşə yanğınlarında 1000-dən çox insan itkin düşüb

Xilasedicilər Maui adasında yanğınlardan sonra itkin düşən 1000-dən çox insanı hələ də axtarırlar. Xəbər verilir ki, bunu Havay adalarının qubernatoru Coş Qrin yerli  mətbuata açıqlamasında deyib.  Onun sözlərinə görə, axtarışlar daha bir neçə həftə çəkəcək. "1000-dən çox itkin düşüb, təxminən 1050. Onların tapılması daha bir neçə həftə çəkəcək. Təsirə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz


17.08.2023 - 11:00

Dəhşətli yanğında ölənlərin sayı artdı

ABŞ-nin Havayı ştatında misli görünməmiş yanğınlarda ölənlərin sayı 110-a çatıb. Xəbər verilir ki, bu barədə ştatın qubernatoru Coş Qrin mətbuat konfransında deyib. “Yüz on nəfər ölmüş hesab edilir”, - o, mətbuat konfransında açıqlayıb. Xatırladaq ki, daha öncə Ağ Ev Prezident Co Bayden və həyat yoldaşının avqustun 21-də adalara səfər etmək niyyətində olduğunu bildirib.


15.08.2023 - 17:12

Havay adalarında ölənlərin sayı 100-ə çatır

Havay adalarında baş verən meşə yanğınlarında ölənlərin sayı 99 olub. Xəbər verilir ki, itkin düşənlərin axtarışları davam etdirilir.  Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə bu gün başlanacağı gözlənilir. “Moody's”in hesablamalarına görə, meşə yanğınlarının iqtisadi zərəri 7 milyard dollara çata bilər.


15.08.2023 - 15:11

Havay adalarında 100 ilin ən dəhşətli faciəsi - ölü sayı durmadan artır - FOTO

ABŞ-in Havay ştatında bir neçə gündür davam edən meşə yanğınında ölənlərin sayı 99-a çatıb. Xəbər verilir ki, bu, ölkədə son 100 ildə ən çox insan itkisi ilə nəticələnən meşə yanğını kimi tarixə düşüb. Məlum olub ki, yanğınlar zamanı Maui adasında yerləşdirilmiş 80 fəlakət xəbərdarlığı sistemindən heç biri işləməyib. Havay Fövqəladə Hallar Agentliyinin sözçüsü Adam Ueintraub verdiyi açı


11.08.2023 - 14:53

“Siqaret kötüyü və kibriti yerə atmayın” - Nazirlik

Havanın hazırda müşahidə olunan yüksək temperaturu kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır. Xəbər verirlir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə kütləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq


25.07.2023 - 14:13

Əlcəzairdə meşə yanğınlarında 34 nəfər ölüb

Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb. Xəbər verilir ki, Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir. Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub. Miqyaslı meşə yanğınlarını


10.07.2023 - 11:43

Bu gün və sabahla bağlı əhaliyə HAVA XƏBƏRDARLIĞI

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqə


08.07.2023 - 13:25

Meksika körfəzində neft platformasında güclü yanğın - Ölənlər var - VİDEO

Meksika körfəzində “Petróleos Mexicanos” (Pemex) şirkətinə məxsus neft platformasında güclü yanğın baş verib. Xəbər verilir ki, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə itkin düşüb. Pemex şirkətinin yaydığı məlumata görə, yanğın başlayan zaman strukturda işləyən 328 işçidən 321-i artıq təxliyə edilib. Yanğınları söndürmək üçün dörd qayıq göndərilib.


08.07.2023 - 12:01

Bu tarixdə mobil telefonla danışmayın - XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Nazirlikdən məlumat verilib. Müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 8-i günün ikinci yarısından iyulun 10-u axşamadək bəzi şimal və qərb rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, yağıntıların bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddə


27.06.2023 - 09:23

Dünyanın ən çirkli havaya sahib şəhəri məlum oldu

Mütəxəssislər dünyanın ən çirkli havası olan şəhərini açıqlayıblar. “IQAir” monitorinq agentliyinin məlumatına görə, bu, Kanadanın Monreal şəhəridir. İyunun 26-da Monrealda havanın keyfiyyət indeksi (AQI) 155 vahidə çatıb. İndeks çirkləndiricilərin konsentrasiya səviyyəsini və bununla əlaqədar sağlamlıq risklərini əks etdirir. 151-200 arası çirklənmə səviyyəsi immuniteti zəifləmiş, xroniki xəstəlikləri, ürək və ağciyər xəstəlikləri olan insanlar,


17.06.2023 - 11:35

Dövlət Xidmətindən biçilmiş sahələri yandıran şəxslərə XƏBƏRDARLIQ - FOTO

“Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər”. Xəbər verilir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “


12.06.2023 - 18:52

Bu tarixdə mobil telefonla danışmayın - XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Xəbər verilir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 13-dən başlayaraq yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, yağıntıların bir sıra ərazilərdə intensiv olacağı, çaylarda sululuğun artacağı və bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcə


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41