Bazar, 05 May

Havayda meşə yanğınlarında 1000-dən çox insan itkin düşüb

image

Xilasedicilər Maui adasında yanğınlardan sonra itkin düşən 1000-dən çox insanı hələ də axtarırlar.

Xəbər verilir ki, bunu Havay adalarının qubernatoru Coş Qrin yerli  mətbuata açıqlamasında deyib. 

Onun sözlərinə görə, axtarışlar daha bir neçə həftə çəkəcək.

"1000-dən çox itkin düşüb, təxminən 1050. Onların tapılması daha bir neçə həftə çəkəcək. Təsirə məruz qalan ərazilərin 85%-i yoxlanılıb. İndi biz böyük binaları yoxlayırıq, bunun üçün mərtəbələrin və konstruksiyaların təmizlənməsi tələb olunur. Qalan 15% isə həftələr çəkə bilər", - deyə o, bildirib.  

Qeyd edək ki, Mauidəki meşə yanğını avqustun 9-da başlayıb, yanğın sürətlə güclü külək nəticəsində tamamilə yanmış turistik Lahaina şəhərinə keçib. Bundan əvvəl Havay adalarında baş verən yanğınlarda ölənlərin sayının 101 nəfərə yüksəldiyi bildirilirib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15