Cümə, 17 May

Əlcəzairdə meşə yanğınlarında 34 nəfər ölüb

image

Əlcəzairin şimalında və şərqində tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Xəbər verilir ki, Əlcəzair Daxili İşlər Nazirliyinin məlumatına görə, həlak olanların 10-u hərbçidir.

Xilasedicilər ölkənin üç vilayətində 1,5 min insanı təxliyə ediblər. Yanğınla mübarizəyə 7,5 min yanğınsöndürən və xüsusi texnika, o cümlədən aviasiya cəlb olunub.

Miqyaslı meşə yanğınlarının isti və quru hava şəraitindən qaynaqlandığı bildirilir. Bazar ertəsi günü Əlcəzairin bəzi bölgələrində havanın temperaturu 48 dərəcəyə qədər yüksəlib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58