Cümə, 26 Aprel

Axtarış

nazir” üzrə 8709 nəticə tapıldı

11.04.2024 - 12:06

Orban: "Heç vaxt bu dəliliyə boyun əyməyəcəyik!"

Macarıstan hökuməti Avropa İttifaqı Şurasının miqrasiya siyasətinə qarşı çıxır və təşkilatın yeni Miqrasiya Paktını dəstəkləməyəcək. Xəbər verilir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avropa Parlamentinin miqrasiya və sığınacaq verilməsi məsələləri üzrə bir sıra qaydalar qəbul etməsini şərh edərkən deyib. Onun sözlərinə görə, Miqrasiya Paktı Avropa İttifaqının tabutuna vurulan daha bir mismardır. “Artı


11.04.2024 - 10:44

Daha iki tiktoker polis tərəfindən saxlanıldı, biri həbs edildi - FOTO

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Tiktok”da “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov, 1996-cı təvə


11.04.2024 - 10:03

Daşkəsəndə ikimərtəbəli ev yandı

Daşkəsən rayonunun Daşkəsən qəsəbəsində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 114 kvadratmetr (hər mərtəbəsi 57 kvadratmetr) olan ikimərtəbəli dördotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


11.04.2024 - 09:36

Gürcüstan bu ölkə ilə vizanı ləğv etdi 

Gürcüstan ilə Çin Xalq Respublikası arasında viza rejimi ləğv olunub.  Xəbər verilir ki, bununla bağlı Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili və Çinin Gürcüstandakı səfiri Zhou Jiang iki ölkə hökumətləri arasında Gürcüstan vətəndaşlarının Çinə vizasız gediş-gəlişini təmin edəcək “Adi pasport sahibləri üçün viza tələblərindən qarşılıqlı azad edilməsi


10.04.2024 - 21:44

Rusiya XİN İrəvana XƏBƏRDARLIQ etdi

Rusiya Azərbaycan və Ermənistanı hərbi ritorikanı azaltmağa çağırıb. Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı erməni jurnalistin sualına cavabında bildirib. O, ötən brifinqlərdə bu məsələyə toxunduğunu söyləyib. “Biz tərəfləri hərbi ritorikanı azaltmağa ç


10.04.2024 - 17:40

İsrailin COP-29 rəsmisi Bakıya gəldi 

İsrailin COP29 üzrə milli koordinatoru Karmela Şamir Azərbaycana səfər edib. Xəbər verilir ki, bununla bağlı İsrailin Azərbaycandakı səfiri Corc Dik “X”dəki hesabında yazıb. “İsrailin COP29-da iştirakı üzrə milli koordinatoru Karmela Şamirin Bakıya səfərini başa çatdırmaqdan şadam! Enerjili görüşlər, uğurlu və yaddaqalan hadisə üçün zəmin hazırlığı. Biz İsrailin COP29-da yaxından iştirakını gözləyirik!”, - diplomat qeyd edib. Qeyd edək ki,


10.04.2024 - 15:37

Paşinyan Qazaxın 4 kəndini qaytarmağa hazırdır, amma...

Yerevan Azərbaycanın yeni hücumunun qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb, baxmayaraq ki, bu, sülhə zəmanət vermir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da ölkə parlamentində çıxışında bildirib. "Biz delimitasiya prosesinə Tavuş vilayəti və Azərbaycanın Qazax rayonunun dörd kəndindən başlamağa etiraz etmirik. Bu kontekstdə tez-tez belə bir sual səslənir: Tavuşda delimitasiya Ermənistanın təhlükəsizliyinə zəmanət


10.04.2024 - 14:02

Qərb Zəngəzur dəhlizinə qarşı

Brüsseldəki üçtərəfli görüşdə Paşinyanın alternativ olaraq irəli sürdüyü “Sülh qovşağı” ABŞ və Aİ tərəfindən alqışlandı; ekspertlərin fikrincə, gerçəkləşməsi nonsensdir, çünki...  ABŞ, Avropa İttifaqı (Aİ) və Ermənistan arasında Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinin regiona sülh və sabitlik deyil, böyük problemlər, qarşıdurmalar gətirəcəyi haqda proqnozlar gerçəkləşə bilər. “Yeni Mü


10.04.2024 - 13:16

Azərbaycanda polis 16 yaşlı qızı axtarır - FOTO

Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins şalvar,ağ köynək və ayağında


10.04.2024 - 12:55

Qərb Cənubi Qafqazda bundan ehtiyatlanır - Zaxarova

Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərdi. Xəbər verilir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. O bildirib ki, bundan sonra Qərb proseslərə mane oldu: “Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Mə


10.04.2024 - 12:10

İran HƏMAS-ı kriptovalyuta ilə maliyyələşdirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kriptovalyuta transferi yolu ilə Fələstinin radikal HƏMAS və “İslami Cihad” hərəkatlarını maliyyələşdirib. Bu məlumat ABŞ Maliyyə Nazirliyi katibinin birinci müavini Adevale Adeyemonun bəyanatında yer alıb. “Hələ keçən il biz İslam İnqilabı Keşikçiləri Korpusunun Qəzza zolağında HƏMAS və Fələstin “İslami Cihad”ına kriptovalyuta köçürdüyünün şahidi olduq”, o bildirib. Adeyemonun sözlərinə görə,


10.04.2024 - 11:16

5 yaşlı uşağı maşın vurub öldürdü

Ağdaşda 5 yaşlı uşağı maşın vurub. Xəbər verilir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, aprelin 9-da saat 18 radələrində Ağdaş şəhəri ərazisində Tural Muradov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən piyada, 2019-cu il təvəllüdlü Ə.Hüseynovu vurub. Piyada aldığı xəsarətlərdən bu gün səhər saatlarında xəstəxanada vəfat edib. Faktla bağlı


Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33