Bazar ertəsi, 29 Aprel

Rusiya XİN İrəvana XƏBƏRDARLIQ etdi

image

Rusiya Azərbaycan və Ermənistanı hərbi ritorikanı azaltmağa çağırıb.

Xəbər verilir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı erməni jurnalistin sualına cavabında bildirib.

O, ötən brifinqlərdə bu məsələyə toxunduğunu söyləyib.

“Biz tərəfləri hərbi ritorikanı azaltmağa çağırırıq. Hesab edirik ki, Bakı ilə İrəvan arasında olan bütün ərazi mübahisələri və iddiaları istisnasız olaraq siyasi-diplomatik metodlarla, sərhədlərin delimitasiyası ilə bağlı ikitərəfli komissiya çərçivəsində həll olunmalıdır. Biz öz tərəfimizdən buna hər cür yardımı göstərməyə hazırıq. Rusiya, Azərbaycan və Ermənistan arasında olan üçtərəfli formatı israrla bərpa etməyə çağırırıq”, – deyə Zaxarova vurğulayıb.

Rusiya XİN sözçüsü Qərbin Cənubi Qafqaz regionundakı fəaliyyəti ilə bağlı xəbərdarlıq da edib: “Qərbin regionda vəziyyəti destabilləşdirmək üçün çirkin oyunlar aparması ilə bağlı xəbərdarlıq edirik”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42