Cümə, 26 Aprel

Axtarış

nazir” üzrə 8709 nəticə tapıldı

23.04.2023 - 14:10

Nazirliklərin maşınları təcili satışa çıxarılır - UCUZ QİYMƏTLƏR

    23 may 2023-ci il tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. Xəbər verilir ki, hərraca 22 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı belədir: S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti  Qeyd 1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrü


22.04.2023 - 18:00

Hərbçilərimizin minaya düşdüyü maşının son halı - Fotolar

Bu gün saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, mühəndis-istehkam bölmələrimiz tərəfindən keçirilən axtarış zamanı həmin ərazidə 2021-ci


22.04.2023 - 15:45

Evdə oturub 102-yə zəng etdi, metroda partlayış olduğunu dedi

“20 Yanvar” metrostansiyasında partlayış olduğuna dair polisə yalan məlumat verən şəxs tutulub. Məlumata görə, 32 yaşlı Aqil Vəliyev (şərti) axşam saatlarında Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng vuraraq metroda partlayış olması barədə məlumat verib. Məsələ araşdırılan zaman məlum olub ki, belə bir hadisə baş verməyib. Məlumatı verən şəxsin isə Sumqayıtda yaşadığı müəyyən edilib. Polis əməkdaşları həmin ünvana gedərək Aqil


22.04.2023 - 15:14

Cəlilabadda 4 baş inək və 38 ev quşu oğurlandı

Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, polis əməkdaşlarının oğurluq etdiklərinə görə tutduğu Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub. Faktla bağlı araş


21.04.2023 - 20:15

Bakıda dörd otaqlı ev yandı

Bakıda evdə yanğız hadisəsi baş verib. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


21.04.2023 - 18:58

Kanadalı siyasətçilər qadınları dəstəkləmək üçün hündürdaban ayaqqabı geyindi - VİDEO

Kanadalı siyasətçilər qadınların “gender zorakılığından” müdafiəsi əlaməti olaraq keçirilən görüşə hündürdaban ayaqqabı geyiniblər. Xəbər verilir ki, videonu Kanadanın nəqliyyat naziri Ömər Əlhabra tviter səhifəsində yerləşdirib. “Bu, qadınlara qarşı zorakılıq haqqında məlumatlılığı yayan və kişiləri də bu problemin həllində iştirak etməyə təşviq edən bir hərəkətdir” – nazir paylaşıma yazıb. Qeyd


21.04.2023 - 17:25

Bu ölkə Kiyevə 28,9 milyon dollarlıq yardım paketi ayırdı

Kanada hökuməti Ukraynaya 39 milyon Kanada dolları (28,9 milyon ABŞ dolları) dəyərində yeni hərbi yardım paketini elan edib. Xəbər verilir ki, bu barədə Kanada Müdafiə Nazirliyi məlumat yayıb. Bununla yanaşı, 40 snayper tüfəngi və 16 rabitə vasitəsi Kiyevə yardım üçün NATO fonduna daxil edilib.


21.04.2023 - 16:40

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 8 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci doza üzrə 7, ikinci doza üzrə 1, üç və daha çox doza üzrə vaksinasiya olunanlar isə yoxdur. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar da qeydə alınmayıb.    


21.04.2023 - 15:17

Bakıda qadın mənzildən oğurluq etdi

Bakıda mənzildən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 18-də rayon ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş


21.04.2023 - 12:50

NATO Ukraynaya 55 milyard dollarlıq hərbi yardım edib

NATO alyansı Ukraynaya 55 milyard dollarlıq hərbi yardım edib. Xəbər verilir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. Nazir qeyd edib ki, NATO ölkələri Ukraynada müharibə başlayandan indiyə qədər Rusiyaya qarşı mübarizə aparması üçün Ukraynaya hərbi yardım çərçivəsində 55 milyard ABŞ dolları dəyərində silah-sursat göndərib.


21.04.2023 - 10:12

Naxçıvanda vergi yoxlamalarının sayı 10 dəfə azaldılıb

Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında ümumilikdə vergi yoxlamalarının sayı 2022-ci ilin yanvar–mart aylarına nisbətən 10 dəfə azaldılıb, səyyar vergi yoxlaması isə təyin edilməyib. Xəbər verilir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilir ki, bu dövrdə bütün vergilərin təxminən 81 %-i könüllü ödənilib. İl ərzində vergilərin könüllü bəyan


21.04.2023 - 09:21

Bu gün hava necə olacaq?

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, axş


Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33