Cümə, 03 May

Axtarış

nazir” üzrə 8741 nəticə tapıldı

01.05.2023 - 18:46

İrəvanın Laçın postu ilə bağlı iddialarına SƏRT REAKSİYA

"Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyanın “Azadlıq” radiosunun sualına cavabında Laçın yolunda sərhəd-nəzarət keçid məntəqəsinin təsis edilməsi, Ermənistanın Azərbaycan ərazisində qüvvələri, 8 kəndin hələ də işğal altında saxlanması ilə bağlı səsləndirdiyi cəfəng iddiaların heç bir əsası yoxdur və onları qətiyyətlə rədd edirik". Xəbər verilir ki, bu fikirlər Azərbaycan


01.05.2023 - 16:46

SON DƏQİQƏ! Rusiya ilə Ukrayna arasında GİZLİ SÜLH missiyası başladı

Roma Papası Fransisk Rusiya-Ukrayna müharibəsini bitirmək üçün gizli sülh missiyasının başladığını elan edib. Xəbər verilir ki, Roma Papasının Macarıstana üç günlük səfərindən sonra jurnalistlərə verdiyi açıqlama sülhə ümid yaradıb. Papası Fransisk bildirib ki, davam etməkdə olan və ictimaiyyətə açıq olmayan bir missiya var. "İctimaiyyətə açıq olanda bu haqda danışacam. Məncə, sülh həmişə kanallar açılaraq imzalanır. Bu kanalları bağ


01.05.2023 - 16:26

Baş nazirin müavini ombudsmana qarşı çıxdı - Pasportları götürməyin

Ukrayna baş nazirinin müavini İrina Vereşçuk işğal olunmuş ərazilərin sakinlərini Rusiya pasportlarını götürməməyə çağırıb. Xəbər verilir ki, o, bu barədə teleqram kanalında paylaşım edib. "Müvəqqəti olaraq işğal olunmuş ərazilərdəki ukraynalılara tövsiyələrim dəyişməz olaraq qalır: Rusiya pasportlarını götürməyin, işğalçılarla əməkdaşlıq etməyin, mümkünsə çıxıb gedin, Ukrayna Silahlı Qü


01.05.2023 - 16:07

Azərbaycanlı bloger çirkli pulların yuyulmasında ittiham edilir 

Rusiyada yaşayan azərbaycanlı məşhur bloger Hüseyn Həsənovun sərvəti yoxlanılacaq. Xəbər verilir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilib ki, bloger vergidən yayınma və çirkli pulların yuyulmasında şübhəli bilinir. Bundan əlavə, H.Həsənovun adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb.


01.05.2023 - 15:25

34 yaşlı atlet Ağstafadan Bakıya piyada gəlir - FOTOLAR

Ağstafanın Səməd Vurğun qəsəbəsinin sakini, 34 yaşlı atlet Ağa Qəzənfər oğlu Əliyev rayondan Bakı şəhərinə qədər 466 kilometr məsafəni qət etməklə rekorda imza atmağı düşünür. O, bu yürüşünü Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr edib. Xəbər verilir ki, Ağa Əliyev bu məsafəni 5 günə qət etməyi qarşıya məqsəd qoyub. Əgər bu reallaşarsa,


01.05.2023 - 15:06

Netanyahu ABŞ Nümayəndələr Palatasının spikeri ilə görüşdü

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti ilə görüşüb. Xəbər verilir ki, görüş Makkartinin İsrailə səfəri çərçivəsində baş tutub. Bildirilib ki, daha sonra görüş geniş formatda, nümayəndə heyəti ilə birgə davam etdirilib.


01.05.2023 - 12:30

Dörd televiziya kanalına xəbərdarlıq edildi

Audiovizual Şuranın onlayn formatda növbəti iclası keçirilib. Bu barədə Şuradan məlumat verilib. İclasda “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Azərbaycan Respublikası Audiovizual Şurasının birgə fəaliyyətinə dair 2024-cü ilədək Tədbirlər Planı”na uyğun olaraq hər iki orqan tərəfindən reklam yayımları ilə bağlı həyata keçirilən monitorinqlərin nəticələri müzakirə olunub. Antiinhisar


01.05.2023 - 09:40

Bu gündən balıq ovu qadağan olundu

Bioloji Müxtəlifliyin Qorunması və Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının "Kiçik Körfəz" adlanan ərazisindən 540 metr uzunluğunda 30 ədəd sintetik tor yığışdırılıb. Xəbər verilir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, balıqların kürütökmə


30.04.2023 - 17:00

Sudanda toqquşmalarda ölən mülki şəxslərin sayı 425-ə çatıb

Sudanda ordu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 425-ə yüksəlib, 2091 nəfər yaralanıb. Xəbər verilir ki, bu barədə Sudanın Həkimlər Komitəsi məlumat yayıb. Ətraflı “Toqquşmalar başlayandan bəri ölən mülki vətəndaşların sayı 425-ə, yaralıların sayı 2 091-ə çatıb”, - komitə açıqlayıb. Xatırladaq ki,


30.04.2023 - 14:17

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 228 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, bir gündə birinci doza üzrə 58, ikinci doza üzrə 138, üç və daha çox doza üzrə vaksinasiya olunanlar 26 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar isə 6 nəfərdir.


30.04.2023 - 12:52

May ayının ilk günü hava necə olacaq? - PROQNOZ

Mayın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir


29.04.2023 - 20:08

Xalq artisti Aftandil İsrafilov II Fəxri Xiyabanda dəfn olunacaq - YENİLƏNİB

Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov ilə 30 aprel tarixində saat 11:00-da Heydər Məscidində vida mərasimi keçiriləcək. Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib. Mərhum sabah saat 12:00-da II Fəxri Xiyabanda dəfn olunacaq. 14:43 Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilovun vida mərasiminin keçiriləcəyi yer məlum olub. Onun sözlərinə görə, sənətkarla vida mərasimi sabah keçiriləcək: “


Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15