Çərşənbə, 15 May

Axtarış

mal” üzrə 10071 nəticə tapıldı

23.03.2021 - 19:14

Rusiyada əlbəyaxa dava: idmançı və iş adamı öldürüldü

Rusiyada tanınmış idmançı qətlə yetirilib. Aftafa.tv xəbər verir ki, hadisə Şimali Osetiyanın Mozdok şəhərində baş verib. MMA üzrə ikiqat FCF çempionu Alan Hadziyev öldürülüb. O, şəhərin restoranlarından birində yaşanan davada iştirak zamanı aldığı zərbələrdən ölüb. Onunla yanaşı davanın daha bir iştirakçısı olan yerli iş adamı da hadisə yerində ölüb. Daha bir şəxs isə reanimasiyaya yerləşdirilib. Aftafa.tv


23.03.2021 - 17:47

Nəcməddin Sadıqov ölkədən necə çıxa bilib? – Polkovnik

Silahlı Qüvvələrimizin Baş Qərargahının sabiq rəisi, general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etdiyi ilə bağlı yayılan görüntülərdə qeyri-adi heç nə yoxdur. Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov general-polkovnik Nəcməddin Sadıqovun Dubayda istirahət etməsi ilə bağlı yayılan görüntülər haqda danışarkən deyib. “General-polkovnik” rütbəsi daşıyan və uzun illər Baş Qərargaha rəhbərlik edən şə


23.03.2021 - 15:45

Azərbaycandan “Human Rights Watch”a sərt cavab: “Rədd edirik!“

“Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” (HRW) təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik”. Aftafa.tv xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən “Human Rights Watch” təşkilatının məruzəsində erməni əsirləri ilə pis rəftar


23.03.2021 - 14:43

Azərbaycanda qızına heroin vuraraq öldürən ata saxlanıldı - TƏFƏRRÜATLAR
 

Martın 22-də saat 23 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Salamova Gülər Hacı Ağa qızına məxsus meyiti yaşadığı evdə aşkar edilib. Xəzər rayon prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla zərərçəkmişin atası 1960-cı il təvəllüdlü Salamov Hacı Ağa Əziz Ağa oğlunun qısqanclıq zəminində Gülər Salamovanın əzə


23.03.2021 - 13:40

Casus qalmaqalı: Rus diplomatlara 72 saat vaxt verildi

Bolqarıstan Xarici İşlər Nazirliyi iki rus diplomatın arzuolunmaz şəxs (persona non-qrata) elan edildiyini və onlara ölkədən çıxmaları üçün 72 saat vaxt verildiyini açıqlayıb. Aftafa.tv xəbər verir ki, Bolqarıstan XİN-in yaydığı açıqlamada rus diplomatların adları və tutduqları vəzifələr qeyd olunmayıb. Nazirlik iki rus diplomatın diplomatik statuslarına zidd fəaliyyətlə məşğul olduqlarını bildirib. Prokurorluq isə diplomatların Bolqarıstanda kəşfiyyat fəaliyyəti həyata keçirdiklərini bə


23.03.2021 - 12:44

Azərbaycan əhalisi pullarını hansı məhsullara xərcləyib?

Azərbaycan əhalisinin iki ay ərzində pullarını əsasən hansı məhsullara xərclədiyi məlum olub. Trend-in məlumatına görə, 2021-ci ilin yanvar-fevral aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46,9 faizi ərzaq məhsullarının, 6,3 faizi içkilər və tütün məmulatlarının, 16,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçı


23.03.2021 - 12:11

Sadıkovun muskulu: Bu videonun Əkbərovun həbsindən sonra üzə çıxması təsadüfdürmü?

Müdafiə nazirinin sabiq birinci müavini və Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, 44 günlük Vətən Müharibəsinin ilk günlərində müəmmalı şəkildə vəzifəsindən azad olunan, hətta yoxa çıxan Nəcməddin Sadıkovun Dubaydakı çimərlikdə çəkildiyi bildirilən videogörüntüləri gündəmin əsas mövzusuna çevrilib. Təbii ki, uzun illərdir cəmiyyətin heç də birmənalı münasibət bəsləmədiyi, belə demə


23.03.2021 - 11:17

Söyüşə irad bildirən gənci qətlə yetirdi - VİDEO

2019-cu il iyulun 24-ü gecə saatlarında Binəqədi rayonun Rəsulzadə qəsəbəsindən Kliniki Tibbi Mərkəzə bıçaq xəsarəti ilə Kamran Abdullayev daxil olub. Qəbul şöbəsinin növbətçi həkiminin sözlərinə görə, yaralanan şəxs xəstəxanaya gətirilərkən onda həyat əlamətləri aşkar edilməyib. Aftafa.tv xəbər verir ki, ölüm hadisəsini araşdıran 4-cü polis şöbəsinin əməkdaşlarına şahid


23.03.2021 - 11:06

“Qüdrət Həsənquliyevin bacısı oğlu Natiqin üzünə durdu” 

Dövlət Gömrük Komitəsində vəzifə alandan 5 gün sonra həbs olunan Natiq İmanovun 10 gündür ki, 6 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirir. Aftafa.tv xəbər verir ki, bu barədə Meydan TV-yə onun anası Aygün İmanova məlumat verib. O bildirib ki, Natiq İmanov qanunsuz həbsi olunması ilə bağlı ölkə başçısına, Baş prokuror Kamran Əliyevə və aidiyyəti qurumlara müraciət edib, lakin onun müraciətinə cavab verilmə


23.03.2021 - 09:57

Metronun fəaliyyəti niyə bərpa edilmir? - Səbəb açıqlandı

“İctimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasının pandemiya ilə birbaşa əlaqəsi yoxdur, bu, siyasi məsələdir, həm də iqtisadi maraqlara xidmət edir”. Aftafa.tv xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib. Q.İbadoğlu bildirib ki, hazırda kütləvi işsizliyin mövcudluğu şəraitində taksi fəaliyyəti hər kəs üçün, hətta işləyərək aldığı maaşdan narazı olanlar üçün əlçatandır,  "


22.03.2021 - 19:38

Türkiyə Kilisə atılan raketlərin qisasını belə aldı - Əməliyyat VİDEOSU

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində pilotsuz uçan aparat vasitəsilə 10 terrorçunu müəyyənləşdirərək zərərsizləşdiriblər. Aftafa.tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Kilisə qarşı edilən terror hücumunun qisasını almağa davam edirik”, – nazirlik vurğulayıb. Xatırladaq ki, daha əvvəl Suriyadan Türkiyənin


22.03.2021 - 18:44

Aruş Aruşanyan: “Ermənistanda düşmənlə danışıqlar aparacaq bir adam yoxdur”

“Şurnuxu, Vorotan, Nerkin, Xınzirək bizim torpaqlarımızdır. Bununla bağlı çoxsaylı faktlarımız var. Çox təəssüf ki, bu faktları bilən, lakin danışıqlar aparmaq qabiliyyəti olan bir adamımız yoxdur. Ona görə də düşmən fürsətdən istifadə edərək öz GPS-i ilə torpaqlarımızı öz sərhədlərinə qatıblar”. Aftafa.tv xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının idarə heyə


Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00