Şənbə, 20 Aprel

Aruş Aruşanyan: “Ermənistanda düşmənlə danışıqlar aparacaq bir adam yoxdur”

image

“Şurnuxu, Vorotan, Nerkin, Xınzirək bizim torpaqlarımızdır. Bununla bağlı çoxsaylı faktlarımız var. Çox təəssüf ki, bu faktları bilən, lakin danışıqlar aparmaq qabiliyyəti olan bir adamımız yoxdur. Ona görə də düşmən fürsətdən istifadə edərək öz GPS-i ilə torpaqlarımızı öz sərhədlərinə qatıblar”.

Aftafa.tv xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının idarə heyətinin üzvü və Sünik bölgəsinin Gorus icmasının rəhbəri Aruş Aruşanyan bildirib.

Onun sözlərinə görə, “Ölkəmizin taleyindən narahat olan normal, adekvat insanlarımız varsa, təbii ki, bu məsələləri digər platformalarda qaldırmalıdır. Məhz bu şəkildə biz müəyyən uğur qazanacağıq. Hazırda sərhəd delimitasiyası qismən başa çatıb, lakin bunun 100 faiz tamamlandığını deyə bilmərik. Mövcud problemlər olduğundan düşmənlə bəzi danışıqlar aparılır. Mövcud hökumət nə müharibə dövründə, nə də sonrasında heç nəyin baş verdiyini dəqiqləşdirmədi. Bu yaxınlarda internetdə düşmənin Xınzirəkdə bir neçə metr irəlilədiyi barədə məlumatlar ortaya çıxdı. Bəli, Azərbaycan tərəfi GPS vasitəsilə buranın öz sahələri olduğunu müəyyən etdi. Elə buna görə də ondan çox ailə Şurnuxuda evsiz qaldı.

Nazirlər Kabineti evsiz qalan erməni ailələrinin mənzil məsələsini həll edəcəyini vəd etdi. Lakin hökumətin Şurnuxudakı hərəkətləri haqqında məlumatlar yalandır, mifdir”.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20