Şənbə, 20 Aprel

Türkiyə Kilisə atılan raketlərin qisasını belə aldı - Əməliyyat VİDEOSU

image

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı bölgəsində pilotsuz uçan aparat vasitəsilə 10 terrorçunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Aftafa.tv xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Kilisə qarşı edilən terror hücumunun qisasını almağa davam edirik”, – nazirlik vurğulayıb.

Xatırladaq ki, daha əvvəl Suriyadan Türkiyənin Kilis vilayətinə raketlər atılıb. YPG/PKK terror təşkilatının işğalı altında olan Tel-Rıfat bölgəsindən iki raket Eski Beşevler məhəlləsində boş əraziyə düşüb. Hadisə zamanı insan tələfatı qeydə alınmayıb, xəsarət alan olmayıb. Raketlər boş əraziyə düşdüyündən hər hansı ziyan vurmayıb.

Aftafa.tv

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20