Şənbə, 18 May

Axtarış

koronavirus” üzrə 1540 nəticə tapıldı

18.01.2022 - 16:53

Tvindemiya gəlir: Avropaya XƏBƏRDARLIQ

2021-ci ildə demək olar ki, yoxa çıxan qrip Avropaya qayıda bilər. Bu fikrə Avropa İttifaqının tibb orqanları gəlib. Səbəb isə karantin tədbirlərinin zəifləməsidir. 2022-ci ildə qrip virusunun çox sürətlə qayıdacağı deyilir. Üstəlik, yaşlılara təsir edən H3A qrip virusunun ən təhlükəli ştammı yayılır. Nəticədə mütəxəssislər ikiqat epidemiyanın (tvindemiya) başlamasından qorxurlar. Belə ki, 2021-ci ilin dekabr


18.01.2022 - 13:07

Omikron uşaqlar üçün Deltadan daha təhlükəlidir

Koronavirusun Omikron ştammı uşaqlar üçün Delta ştammından daha təhlükəlidir, xüsusən də 12 yaşdan yuxarı və üç yaşa qədər uşaqlar üçün. Xəbər verilir ki, bu barədə virusoloq Yevgeni Timakov deyib. Timakov qeyd edib ki, 70 yaşdan yuxarı insanlar üçün isə Omikron ştammı digər növ viruslar kimi təhlükəlidir: “Bu yaş kateqoriyasındakı insanlar, xüsusən də peyvənd olunmayanlar üçün ölüm təhlükəsi yüksəkdir”.


18.01.2022 - 09:00

BMT dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

BMT-nin Baş katibi Antonio Quterreş dünyanı növbəti pandemiyaya hazırlaşmağa və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nüfuzunu gücləndirməyə çağırıb. Xəbər verilir ki, o, həmçinin, dünya dövlətlərini mövcud koronavirus pandemiyası ilə ədalətli və bərabər əsaslarla mübarizə aparmağa səsləyib. A.Quterreş xatırladıb ki, ÜST daha əvvəl 2021-ci ilin sonuna qədər dünya əhalisinin 40 faizini, bu ilin


17.01.2022 - 20:00

Azərbaycanda COVID-19-a qarşı peyvəndlənən yeniyetmələrin sayı açıqlanıb

Azərbaycanda koronavirusa qarşı peyvənd olunan yeniyetmələrin sayı açıqlanıb. Səhiyyə Nazirliyindən verilən cavaba görə, indiyədək 552 nəfər yeniyetmə vaksinasiya prosesində iştirak edib. Bildirilib ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Qeyd olunub ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.


17.01.2022 - 09:40

COVID-dən ölmə ehtimalını azaldan səbəb tapıldı

Yaponiyanın Naqoya Universitetinin tədqiqatçıları bədəndə Kollinsella cinsinə aid bağırsaq bakteriyasının olması ilə koronavirusdan ölüm ehtimalı arasında mümkün əlaqəni tapıblar. Bu barədə “The Japan Times” qəzetinin saytında dərc olunmuş materialda deyilir. Tədqiqatçıların fikrincə, Kollinsella öd turşularını ursodeoksixolik turşuya çevirə bilir ki, bu da koronavirusun yoluxmuş insanın hüceyrə reseptorlarına bağlanmasının qarşısını alır. Beləliklə, bağırsaqda çoxlu sayda bu


16.01.2022 - 17:28

Vurulan vaksinlərin sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 23 587 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 256, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 387, “buster” doza üzrə isə 18 944 vaksin vurulub. Vurulan vaksinlərin ümumi sayı 11 672 083, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 200 328, ikinci mərhələ üzrə 4 714 478 nəfər təşkil edir. Ümumilikdə isə 1 757 277 “buster” doza vurulub.    


16.01.2022 - 16:09

Özbəkistan Qazaxıstanla sərhədləri bağladı

Özbəkistan yanvarın 15-dən iki ölkənin vətəndaşları üçün Qazaxıstanla quru sərhədlərini müvəqqəti bağlayıb. Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Özbəkistan XİN sərhədlərin “Omikron” ştamının yayılmasının qarşısını almaq məqsədilə bağlandığını açıqlayıb. İki ölkə arasında aviaəlaqələr davam edir. Qazaxıstandan Özbəkistana təyyarə reysi ilə gələ


16.01.2022 - 14:57

Şamaxıda azyaşlı uşaqlar acınacaqlı vəziyyətdə - DİN açıqlama yaydı+Yenilənib

Şamaxıda kəndlərin birində azyaşlı uşaqların acınacaqlı və köməksiz vəziyyətdə qalmasını əks etdirən görüntülər yayılıb. Xəbər verilir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib: “Anaları deyilənə görə, koronavirusa yoluxub, xəstəxanadadır. Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı rayon İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yə


16.01.2022 - 10:59

Anar Bağırov Ədliyyə Nazirliyinin rəsmisinə cavab verdi

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Aynur Sabitova bu gün paylaşım edərək vəkillərin təcridxana və cəzaçəkmə müəssisələrində müvəkilləri ilə görüşə gələrkən karantin rejiminin qaydalarına əməl etmədiyini bildirib. Məlumata görə, o qeyd edib ki, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı tətbiq olunan məhdudiyyətlərə, tələblərə dair sosial şəbə


15.01.2022 - 12:53

Nazarbayev haradadır?

“Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev ölkədə kütləvi etirazlar başlayandan sonra ictimaiyyət qarşısına çıxmayıb. Bu, onun harada olması ilə bağlı çoxlu şayiələrin yayılmasına səbəb oldu. Onun Çində olması, Qırğızıstana və ya BƏƏ-yə qaçması, oğurlanması və ya koronavirusa yoluxması ilə bağlı versiyalar var idi. İndi yeni bir nəzəriyyə ortaya çıxıb - Elbası respublika ərazisində dustaq edilib, o, son hadisələrdən dəhşətli


15.01.2022 - 09:01

Uşaqlarda “Omikron”un simptomları hansılardır? - Pediatr açıqladı

Koronavirusun “Omikron” ştammı ilə xəstələnən uşaqlarda ən çox bronxiolit əlamətləri - kiçik bronxların iltihabı müşahidə olunur. Bu barədə rusiyalı pediatr Yelena Tısyaçnaya bildirib. Onun sözlərinə görə, xəstə uşaqların nəfəsi xırıltılı, səs-küylü olur. Astma tutmaları mümkündür. Öskürərkən bəlğəm çətin xaric olur. Mütəxəssis əlavə edib ki, qusma və ishal baş verə bilər. “Omikron”da


14.01.2022 - 14:33

Yeni ştammla yoluxma üçün karantin müddəti nə qədərdir?

“Başqa mutasiyalardan fərqli olaraq, “Omikron”dan sağalma əksər hallarda daha tez baş verir”. Xəbər verilir ki, bu sözləri Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib. O qeyd edib ki, koronavirus infeksiyasının “Omikron” variantı ilə yoluxma üçün inkubasiya dövrü sələfləri ilə müqayisədə nəzərəçarpacaq dərəcədə qısadır (əsasən, 1-3 gün): “Həmçinin yeni ştamm yüksək yoluxucudur. Belə ki, onun artı


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41