Bazar ertəsi, 20 May

Axtarış

koronavirus” üzrə 1540 nəticə tapıldı

23.01.2022 - 12:55

"Omikron"un ən çox rast gəlinən simptomu açıqlandı

Koronavirusun “omikron” ştamının ən çox rast gəlinən simptomu açıqlanıb. Məlumatı Çikaqo Xalq Sağlamlığı Departamentinin komissarı Allison Arvadi paylaşıb. Bu barədə “NBC Chicago” yazır. Məlumata görə, qeyd olunur ki, boğaz ağrısı müsbət COVID-19 testi almadan əvvəl yeni bir infeksiya növünə yoluxmağı göstərə bilər. Həkim, hər hansı bir qrip və ya soyuqdəymə əlamətləri olan insanları “əksi sübut olunana qədər” koronavirusa


22.01.2022 - 17:45

Son sutkada yoluxanların sayı artdı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.    


21.01.2022 - 17:15

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 8 471 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 722, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 773, buster doza üzrə vaksinasiya olunanların sayı isə 26 976 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 765 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 209 461, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 724 359, buster


21.01.2022 - 16:33

İsrailin müdafiə naziri COVID-19-a yoluxub

İsrailin müdafiə naziri Benni Qantsın COVID-19-a yoluxub.  Xəbər verilir  ki, o, bu barədə "Twitter"  hesabında koronavirusa yoluxduğunu açıqlayıb.  "Koronavirusa yoluxdum. Peyvənd olunduğum üçün özümü yaxşı hiss edirəm. Bir müddət evdən işimə davam edəcəyəm. Sağlam qalın, təlimatlara əməl edin və peyvənd olun" , - deyə, o, hesabında qeyd edib.


21.01.2022 - 16:14

Azərbaycanda ərzaq qiymətlərinin artımına qarşı hansı tədbirlər görülür?

Koronavirus pandemiyasının mənfi təsirlərini üzərindən atmağa çalışan Azərbaycan ötən ili kifayət qədər uğurlu makroiqtisadi göstəricilərlə başa vurub. Xəbər verilir ki, ölkənin Ümumi Daxili Məhsul (ÜDM) 5,6 % artaraq 92,8 milyard manata çatıb. Qeyri neft sektoru üzrə artım 7 % səviyyəsində olub. Strateji valyuta ehtiyyatları 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53,2 milyard ABŞ dollarına çatıb ki, bu da xarici dövlət borcundan 6 dəfə çoxdur.


20.01.2022 - 19:25

Azərbaycanda daha 1186 nəfər COVID-19-a yoluxdu, 14 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1186 yeni yoluxma faktı qeydə alınıb, 582 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 629352 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 610605 nəfər müalicə olunaraq sağalıb, 8564 nəfə


20.01.2022 - 12:27

Tarix İnstitutunun baş direktoru Ramiz Mehdiyevə sərt sözlər deyib İSTEFA VERDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun baş direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov akademiyanın prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında institutla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. K.Şükürovun açıqlamasını təqdim edirik: “20 yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevin ştat cədvəli üzrə 250-dən çox elmi və texniki personalı olan Tarix İnstitutu, o


20.01.2022 - 11:06

Bill Qeytsdən koronavirusla bağlı qorxunc proqnoz

“Microsoft”un qurucusu Bill Qeyts koronavirusdan daha pis ola biləcək pandemiya barədə xəbərdarlıq edib və hökumətləri növbəti qlobal epidemiya ilə mübarizə üçün milyardlar ayırmağa çağırıb. Xəbər verilir ki, bu barədə “Financial Times” məlumat yayıb. Qeyts bildirib ki, koronavirusun "omikron" və "delta" ştamları indiyədək ən çox ötürülən viruslar arasında olsa da, dünya ölüm və ya ağır xəstəliyə daha çox


20.01.2022 - 10:23

Sərt karantinlə bağlı əhaliyə XƏBƏRDARLIQ: Yoluxma belə davam edərsə...

Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var. Bu gün 1151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib. Xəbər verilir ki, Baş infeksionist Təyyar Eyvazov "Xəzər Xəbər"ə bunun səbəblərini açıqlayıb. O bildirib ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan "Omicron" ştammının mövcudluğudur. Baş infeksonist COVID-19-a yoluxma sayının artmasını


19.01.2022 - 20:34

Britaniyada korona pasportları ləğv edilir

Böyük Britaniya peyvənd pasportları, ictimai yerlərdə maska taxmağı və məsafədən iş rejimi ilə bağlı məcburiyyəti ləğv edəcək. Xəbər verilir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib. O qeyd edib ki, mart ayının 25-dən sonra Böyük Britaniyada koronavirusa görə tətbiq olunan özünütəcrid müddəti uzadılmayacaq.


19.01.2022 - 17:58

Bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə 28 097 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 746, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 953, buster doza üzrə vaksinasiya olunanların sayı isə 22 398 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 729 782, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 206 120, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 720 935, buster


18.01.2022 - 17:35

Röya Azərbaycanın ən gözəl qızı seçildi FOTO

İran əsilli azərbaycanlı Röya Şirzadi Azərbaycanda keçirilən "Miss Global 2021" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Xəbər verilir ki, koronavirus pandemiyası ilə əlaqədar layihə qapalı formatda keçirilib.  Müsabiqə iki mərhələdən ibarət olub və Azərbaycandan 18-30 yaş arası doqquz model, eləcə də digər ölkələrdən gözəllər iştirak edib. Münsiflərin səsverməsinin nəticələrinə görə, birinci yeri Röya Ş


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41