Cümə, 17 May

Şamaxıda azyaşlı uşaqlar acınacaqlı vəziyyətdə - DİN açıqlama yaydı+Yenilənib

image

Şamaxıda kəndlərin birində azyaşlı uşaqların acınacaqlı və köməksiz vəziyyətdə qalmasını əks etdirən görüntülər yayılıb.

Xəbər verilir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib:

“Anaları deyilənə görə, koronavirusa yoluxub, xəstəxanadadır. Kənd camaatı uşaqlara baxır, yemək verir. Şamaxı rayon İcra Hakimiyyəti yəqin ki, məlumatlıdır. Hə, yəni ancaq məlumatlıdır. Gözümüzlə gördüyümüz qədər həm uşaqların durumu, həm də hansı təhlükənin tam ortasında olduğunu görürük”.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, mayor Elşad Hacıyev bildirib ki, fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

***

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar. İlkin olaraq  orada  yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli  ünvanda yerləşdiriləcək və daha sonra  onlarla bağlı  müvafiq qərar qəbul ediləcək.

***

“Azyaşlıların anasının koronavirus insfeksiyasına yoluxduğu üçün xəstəxanada müalicə alması ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir. Yəni o, COVID-19 virusuna yoluxmayıb. Məsələ ilə əlaqədar qadınla telefon əlaqəsi saxlanılıb və o, gələcəyini bildirib” - DİN-dən bildirilib.

 



 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41
image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58