Cümə, 17 May

Axtarış

koronavirus” üzrə 1540 nəticə tapıldı

21.07.2021 - 20:55

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.


21.07.2021 - 13:52

Alimlər yovşan ekstraktının koronavirusa qarşı təsirli olduğunu açıqlayıb

Kopenhagen Universitetindən və Almaniyadakı Maks Plank Kolloidlər və İnterfeys İnstitutunun alimləri yovşanın tərkibindəki artemisinin istifadəsinin koronavirus infeksiyasının müalicəsində effektiv olduğunu sübut ediblər. Xəbər verilir ki,bu barədə “Science” elmi jurnalında dərc olunmuş məqalədə deyilir. Məqalədə qeyd olunur ki, alimlər araşdırmaları nəticəsində hazırda qlobal miqyasda dolaşan SARS-CoV-2 ştamlarının çoxu ilə oxşar olar, başqa sözlə, ilkin


21.07.2021 - 12:18

ÜST-dən daha bir xəbərdarlıq: "Əvvələ qayıdacağıq"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adanom Gebreyesus delta variantından daha təhlükəli koronavirus ştammının yaranma təhlükəsi ilə əlaqədar xəbərdarlıq etdi. Verilən məlumata görə, bunu barədə qurumun rəhbəri Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyasında çıxış edərkən deyib. "Virus nə qədər geniş yayılsa, onun daha çox növü ortaya çıxacaq və hazırda bu qədər ziyan vuran "


21.07.2021 - 09:16

Vaksinlərin Azərbaycanda birgə istehsalının genişləndirilməsi üzərində işləyirik - Putin

Vaksinlərin Azərbaycanda birgə istehsalının genişləndirilməsi üzərində işləyirik. Xəbər verilir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev Rusiyada görüşü zamanı deyib. Rusiya dövlət başçısı bildirib: Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib. Prezident İlham Əliyev: Hətta daha çox. Prezident Vladimir Putin: Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində


20.07.2021 - 17:08

Makronu Hitlerə bənzətdilər - FOTO

Fransanın Tulon şəhərinin küçələrində Prezident Emmanuel Makronun Adolf Hitlerə bənzədilən fotoları nümayiş olunub. Xəbər verilir ki, bu barədə “Le Bien Public” nəşri məlumat yayıb. Məlumata görə, lövhəyə vurulan fotoda Fransa lideri nasist ordusunun hərbi formasında göstərilib. Lövhənin üzərində Üçüncü Reyxin bayrağının fonunda “Tabe ol. Peyvənd olun!” sözləri yazılıb. Tulon prokurorluğu hadisə ilə bağlı araşdırma


20.07.2021 - 13:36

Qonşu ölkədə COVID-19-a yoluxanların sayı 6 milyonu ötdü

Rusiyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib. Xəbər verilir ki, bu barədə Rusiyada koronavirusla mübarizə üzrə operativ qərargahın məlumatında bildirilib. Qeyd olunub ki, Rusiyanın 85 regionunda son sutkada 23770 yeni yoluxma olub. Son 24 saatda Rusiyada 784 nəfər koronavirusdan dünyasını dəyişib. Ümumilikdə bu ölkədə koronavirusdan ölənlərin sayı 149 922 nəfər təşkil edir.


20.07.2021 - 10:16

Fransada pandemiyanın 4-cü dalğası başlayıb

Fransa ölkədə koronavirus pandemiyasının dördüncü dalğasının başladığını elan edib. Xəbər verilir ki, bu barədə məlumatı Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal nazirlərin toplantısından sonra paylaşıb. O bildirib ki, ölkədə epidemiyanın yayılma dinamikası sürətlənib və gündəlik 10 min yoluxmaya çatıb. Yoluxma faktının 80%-i isə “delta” ştammı ilə əlaqədardır. Qeyd edək ki, pandemiyanın baş


19.07.2021 - 21:32

Peyvənd olunanların sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirus əleyhinə 483 vaksin vurulub. Xəbər verilir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Birinci mərhələdə peyvənd olunanların sayı 181, ikinci mərhələ üzrə 302 nəfərdir. Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 581 000, ikinci mərhələ üzrə isə 1 776 839 nəfər təşkil edir.


19.07.2021 - 20:57

Türkiyə ölkə sərhədlərini bağlaya bilər

Türkiyə hökuməti öz sərhədlərini xarici turistlərin üzünə bağlaya bilər. Xəbər verilir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, ölkədə koronavirusun “Delta” ştammının artımı müşahidə edilərsə, xarici turistlərin gəlişinə qadağa qoyulacaq. O, həmçinin vurğulayıb ki, ölkədə vaksinasiya prosesi sürətlənərsə, Türkiyə tam olaraq normal həyata qayıdacaq.


19.07.2021 - 13:15

Dünyada virusa ən çox hansı ölkələrdə yoluxublar? - İlk beşlik

Dünyada 191 229 700 nəfərdə koronavirus aşkarlanıb. Xəbər verilir ki, virusdan 4 105 820 xəstə ölüb, 174 181 909 nəfər sağalıb. Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (34 963 907 nəfər), Hindistan (31 144 229 nəfər), Braziliya (19 376 574 nəfər), Rusiya (5 958 133 nəfər) və Fransadır (5 867 730 nəfər).


19.07.2021 - 11:32

Deputat: "Azərbaycanda qiymət artımı kifayət qədər böyükdür"

Dövlət Statistika Komitəsi (DSK) bu ilin 6 ayında ölkədə inflyasiyanın cəmi 4,3 faiz olduğu barədə məlumat yayıb. DSK ərzaq mallarının 4,9 faiz bahalaşdığını da qeyd edib. Bu il yanacağ və kommunal qiymətlərin artdığını nəzərə alsaq, bu rəqəmlər reallıqla nə dərəcədə üst-üstə düşür? Milli Məclisin üzvü Vahid Əhmədov Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlarla bağlı həmişə fikir


19.07.2021 - 09:34

İsraildə qaydalar sərtləşdirildi: Koronavirus xəstələri...

İsrailin Baş naziri Naftali Bennet özünütəcrid qaydalarını bilərəkdən pozan koronavirus xəstələrinin cinayət məsuliyyətinə cəlb edilmələri barədə təlimat verib. Xəbər verilir ki, bu barədə baş nazirin administrasiyası məlumat yayıb. Bildirilib ki, baş nazir bununla bağlı toplantı keçirib və müvafiq orqanlara öz tapşırığını verib.


Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41