Şənbə, 04 May

Türkiyə ölkə sərhədlərini bağlaya bilər

image

Türkiyə hökuməti öz sərhədlərini xarici turistlərin üzünə bağlaya bilər.

Xəbər verilir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, ölkədə koronavirusun “Delta” ştammının artımı müşahidə edilərsə, xarici turistlərin gəlişinə qadağa qoyulacaq.

O, həmçinin vurğulayıb ki, ölkədə vaksinasiya prosesi sürətlənərsə, Türkiyə tam olaraq normal həyata qayıdacaq.

Nazirin sözlərinə görə, Türkiyə bu il 25 milyona qədər turist qəbul etməyi, həmçinin 20 milyard dollar həcmində gəlir əldə etməyi nəzərdə tutur.

Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca iyulun 6-sı açıqlamışdı ki, ölkədə koronavirusun “Delta” ştammı ilə yoluxma halları bir həftə ərzində demək olar ki, üç dəfə artıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15