Çərşənbə axşamı, 30 Aprel

Axtarış

koronavirus” üzrə 1539 nəticə tapıldı

26.07.2021 - 21:22

İranda COVID-19-dan ölənlərin sayı 89 mini keçib

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 322 nəfər ölüb. Xəbər verilir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 89 122 nəfərə yüksəlib. İranda ötən sutka ərzində 31 814 nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 723 246 nəfərə çatıb.


26.07.2021 - 14:33

“Əgər yenidən qapanma olsa...” – Ekspert təhlükələrdən danışdı

“Xəbər yayılıb ki, bu gün Operativ Gərargahın iclası olacaq, müəyyən qərarların alınması gözlənilir. İnsanlarımız da narahatdırlar ki, hökumət yenə qapanmalara, sərt karantin tədbirlərinə gedə bilər. Açığı, sərtləşmənin olacağına inanmıram, sərtləşmə daha çox sosial ödənişlər deməkdir ki, bu mənada hökumətin verən əli yoxdur, pandemiya dövründə sosial ödənişlərə pul


26.07.2021 - 10:50

Operativ Qərargahın taksi şirkəti var?

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00


23.07.2021 - 15:24

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

“Koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur”. Bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib. “Tədqiqatlar göstərirdi ki, COVID-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keç


23.07.2021 - 11:53

“Türkiyə peyvəndi vaxtında alsaydı, minlərlə insanı itirməyəcəkdik“ - Mahsun Kırmızıgül

Türkiyəli müğənni Mahsun Kırmızıgül həmkarı Alişanın qardaşının koronovirusdan vəfat etməsindən yazıb. Xəbər verilir ki, sənətçi peyvənd barədə fikirlərini bildirib: "Ölkəni idarə edənlər peyvəndi erkən ala bilsəydi, minlərlə insanı itirməyəcəkdik. Alişanın qardaşı peyvənd olunsaydı, bəlkə də ölməyəcəkdi, uşaqları yetim qalmayacaqdı. Səlçukun ölümünü eşidən


23.07.2021 - 11:16

Məşhur aktrisa koronavirusa yoluxdu

Türkiyəli aktrisa Tuba Büyüküstün koronavirusa yoluxub. Xəbər verilir ki, bu səbəbdən aktrisanın yeni "Another Self" adlı serialının çəkilişləri təxirə salınıb. Qeyd edək ki, Tuba ekran işində "Ada" obrazına həyat verəcək. Onun tərəf müqabili isə müğənni Murad Bozdur.


22.07.2021 - 20:45

İngilis alimlər yarasalarda yeni növ koronavirus aşkarladı

İngiltərədə nalburun yarasalarda COVİD-19-a yol açan “SARS-CoV-2” ilə əlaqəsi olan yeni koronavirus növü aşkarlanıb. Bu barədə İngiltərə alimləri açıqlama veriblər. Alimlər 53 yarasa üzərində təcrübə aparıb və onlarda kəskin tənəffüs çatışmazlığına səbəb ola biləcək yeni növ koronavirus aşkarlayıb. Yeni növ koronavirusa “RhGB01” adı verilib. Bildirilir ki, bu növ virusun insanlara ötürülə biləcəyinə dair


22.07.2021 - 16:16

Ermənistana niyə 2.6 milyard avro ayrıldı? – Koçaryandan ŞOK İDDİA

Ermənistanın eks-prezidenti Robert Koçaryan Avropa Birliyinin ölkəsinə 2.6 milyard avro ayırmasına münasibət bildirib. Xəbər verilir ki, o, birliyin Nikol Paşinyan hökumətinə vəd etdiyi maddi yardımı “geosiyasi hədəflərə hesablanmış qrant” adlandırıb. Koçaryan bölgənin digər ölkələri ilə müqayisədə Ermənistana daha çox pulun ayrılıdığını deyib və bunun təsadüfi olmadığını iddia edib: “Avropa Birliyinin “Yeni qonşuluq” proqramı çərçivə


22.07.2021 - 12:41

Tokio-2020: Daha 12 nəfərdə koronavirus aşkarlandı

Tokio-2020 Yay Olimpiya Oyunlarında daha 12 nəfər koronavirusa yoluxub. Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin mətbuat xidməti açıqlayıb. Yoluxanlardan ikisi Olimpiya kəndində məskunlaşan xarici idmançılar, 6 nəfər yaponiyalı, 4 nəfər isə xarici əməkdaşlardır. Qeyd edək ki, açılışı sabah olacaq Olimpiya Oyunlarında bir gün öncə 2 atletin də koronavirus testi müsbət çıxıb.


22.07.2021 - 10:47

Türkiyəli məşhur müğənninin qardaşı koronavirusdan öldü - FOTO

Türkiyənin tanınmış müğənnilərindən olan Alişana ağır itki üz verib. “Haber Global” bildirir ki, sənətçinin qardaşı və eyni zamanda da meneceri olan Selçuk Tektaş koronavirusun qurbanı olub. Mərhuma 20 gün öncə COVID-19 diaqnozu qoyulub və xəstəxanaya yatırılıb. Lakin bütün müdaxilələrə rəğmən onu xilas etmək mümkün olmayıb. Tektaşın ölüm xəbərini eşitcək Mahsun Kırmızıgül,


22.07.2021 - 09:54

ÜST-dən "Delta" variantından daha təhlükəli ştam haqqında xəbərdarlıq 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adhanom Qebreyesus “Delta” variantından daha təhlükəli koronavirus ştammı barədə xəbərdarlıq edib. Bu barədə o, Tokioda Beynəlxalq Olimpiya Komitəsinin 138-ci sessiyasında çıxış edərkən elan edib. ÜST rəhbərinin sözlərinə görə, koronavirus nə qədər geniş yayılsa, bir o qədər çox variant ortaya çıxacaq və onların hazırkı “Delta” variantından daha təhlükəli olma potensialı


21.07.2021 - 20:55

Ölkəmizdə peyvənd olunanların sayı açıqlandı - Foto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.


Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42