Cümə axşamı, 25 Aprel

“Əgər yenidən qapanma olsa...” – Ekspert təhlükələrdən danışdı

image

“Xəbər yayılıb ki, bu gün Operativ Gərargahın iclası olacaq, müəyyən qərarların alınması gözlənilir. İnsanlarımız da narahatdırlar ki, hökumət yenə qapanmalara, sərt karantin tədbirlərinə gedə bilər. Açığı, sərtləşmənin olacağına inanmıram, sərtləşmə daha çox sosial ödənişlər deməkdir ki, bu mənada hökumətin verən əli yoxdur, pandemiya dövründə sosial ödənişlərə pul ayırmaqda xəsis olan hökumətimiz var”.

Xəbər verilir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki,  dünyada gedən proseslər göstərir ki, pandemiya dövründə virusa münasibət getdikcə dəyişir. Yəni virusla birgə yaşamağın yollarını axtarırlar. 

«Delta ştammının ən çox tüğyan etdiyi ölkələrdən biri Rusiyadır. İndi Rusiyada koronavirusa həm yoluxma, həm də ölüm sayında yüksək göstəricilər müşahidə olunur. Rusiyada gündəlik ölüm sayı 800 civarındadır. Heç pandemiyanın ən qızğın dövründə bu qədər insan ölmürdü. Amma bütün bunlara baxmayaraq, Rusiya nə iqtsadiyyatını, nə də turizm sektorunu qapatmır. Çünki bunun ciddi təsir olacağını gözləmir. Vaksinasiyanın sürətlənməsi yolu ilə pandemiyanın indiki dalğasını keçməyi, ümumiyyətlə, virusla birgə yaşamağın yollarını axtarır. 

Və ya Britaniyada da virusun yayılma sürəti kəskin artıb, hər gün 30-50 min arası yoluxma var, amma Britaniya hökuməti bütün karantin tədbirlərini 19 iyul tarixindən ləğv edib, vaksinləşmə də yüksək səviyyədədir, 18 yaşdan yuxarı əhalinin 68%-i, ən azı bir doz vaksin artıq alıb. 

Hökumət anlamalıdır ki, qapanma virusla dərman deyil, tam tərsinə, sərt “lockdown” addımları əks effekt verir. Xatırlayın, keçən ilin aprel-may aylarında bütün dünya, o cümlədən biz virusla mücadilədə “Gürcüstan möcüsəsindən” danışırdıq, təriflər yağrırırdıq, amma nəticədə ən sərt “lockdown” tədbirləri görən ölkələrdən biri olan Gürcüstan sonra ən pis vəziyyətə düşən ölkələrdən biri oldu – bu gün də bölgəmizdə əhalinin say nisbətinə görə ən çox yoluxma halı məhz Gürcüstandadır. 

Virusun ilk yayılma zamanı qapanmaların, “lockdown”-nun məntiqi var idi: Vurusu tanımırdıq, xəstəxanalar hazır deyildi, dərman, süni tənəffüs aparatları çatışmırdı, artıq 1,5 il keçib, müalicəsi olan virisdur, ölkədə vaksinləşmə MDB üzrə ən yaxşı durumdayıq, xəstəxanalar hazır, həkimlər təcrübəli, dərmanlar var, müalicə protokolları yenilənib – bütün bunlardan sonra qapanma söhbətləri etmək belə absurddur! 

Daha bir önəmli məsələ odur ki, ötən il ÜDM mənfi 4,3%-lə bitirdik. Bu ilin əvvəlində durğunluq idi, amma son üç ayda təxminən ÜDM-i 2 faiz artımla müşahidə edirik, çünki iqtisadiyyat açılıb, insanlar özləri-özlərini dolandırmağa başlayıblar. Odur ki, qapanma haqda düşünməyi düzgün saymıram. Azərbaycan da digər ölkələr kimi virusla yaşamağın yollarını tapmalı, qapanmadan daha çox vətəndaş-dövlət məsuliyyətinin paralel həyata keçirilməsi ilə yaşamağı öyrənməliyik – yəni, hökumət öz üzərinə düşən işi məsuliyyətlə görməli, eyni zamanda qapalı məkanlarda vətəndaş da məsuliyyəti olmalı, qaydalara əməl etməlidir. 

Qapanma çarə deyil, dərman deyil, insanları virusdan çox stress, işsizlik, gələcəyə güvənsizlik, sosial problemlər, artan qiymətlər “öldürür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33