Şənbə, 27 Aprel

Axtarış

imtahan” üzrə 411 nəticə tapıldı

14.10.2023 - 13:44

Müəllimlərin seritifikasiyası nə üçün keçirilir? - Nazirdən açıqlama

2026-cı ilin sonuna qədər 137 min müəllim sertifikatlaşdırmadan keçiriləcək. Xəbər verilir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. “Ölkəmizdə sertifikasiya imtahanı keçirilməsi bir yenilikdir. İndiyə qədər 40 mindən çox müəllim seritifikasiyadan keçirilib. Həyata keçirilən tədbirlər müəllim nüfuzunun, rifahının artı


09.10.2023 - 15:29

Dövlət qulluğuna qəbulun nəticəsi AÇIQLANDI

Dövlət qulluğuna qəbul üçün oktyabrın 8-də keçirilən test imtahanının nəticəsi elan olunub. Xəbər verilir ki, kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İ


29.09.2023 - 16:22

Ali məktəblərə qəbul proqramları açıqlandı

Dövlət İmtahan Mərkəzi gələn il üçün ali məktəblərə qəbul proqramlarını açıqlayıb. DİM-dən verilən məlumata görə, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün proqramlarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçidlərdən istifadə etməklə tanış olmaq mümkündür. 1. Ali təhsil müəssisələrinə qəbul imtahanının


26.09.2023 - 18:44

DİM imtahan keçirəcək

Oktyabrın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən binasında rəqəmsal SAT imtahanı təşkil olunacaq. DİM-dən bildirilib ki, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar: 1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu; 2. Buraxılış vərəqəsi – “


20.09.2023 - 17:32

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi başlayır

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinə start verilir. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, prosesdə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qeyd edək ki, əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və minimum 5 saat dərs yü


08.09.2023 - 11:43

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi sabah başa çatacaq

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 9 sentyabr saat 23:59-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hü


06.09.2023 - 16:04

Müəllimlərin orta aylıq əməkhaqqı AÇIQLANDI

Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb. Xəbər verilir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə məlumat verib. O bildirib ki, 2023-cü ilin sentyabr ayı üçün bu məbləğ 830 manat təşkil edib. "Sertifikatlaşdırma imtahanları keçirildikcə, müəllimlərin əməkhaqqılarına əlavələr olunacaq və bu da orta əmək haqqıların artmasına gətirib çıxaracaq. 2023-cü ilin fevralı


05.09.2023 - 18:05

Taksi sürücülərinə şəhadətnamələr təqdim olunub

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlər davam etdirilir. Son bir həftə ərzində təlimlərdə iştirak etmək üçün 2000-dən çox taksi sürücüsü müraciət edib. İmtahandan müvəffəqiyyətlə keçən sürücülərə bu gün şəhadə


05.09.2023 - 11:05

DİQQƏT! Bunu etməyən tələbələr universitetə yerləşdirilməyəcək 

Bu il ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.  Məlumata görə, bu barəfə Dövlət İmtahan Mərkəzinin məlumatında bildirilib.  Qeyd edilib ki, göstərilən müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali mə


04.09.2023 - 16:20

743 müəllimin əmək müqaviləsinə XİTAM VERİLDİ

2022-ci ildə sertifikatlaşdırma prosesində müvafiq keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub. Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda  minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib.  “Dövlət ümumi təhsil müəssisələ


03.09.2023 - 09:30

Bu gün 600-ə yaxın şagird əlavə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar


01.09.2023 - 11:24

Lisey və gimnaziyaların boş qalan yerlərinə seçim başladı

Bu gündən mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçim mərhələsinə başlanılıb. Xəbər verilir ki, III mərhələ lisey və gimnaziya seçimi 3 sentyabr saat 12:00-da başa çatacaq. Boş qalan yerlər üçün www.sy.edu.az/login portalında şəxsi kabinetə daxil olaraq “İmtahanlar” bölməsindən “Lisey seçimi” düyməsini sıxmaqla 1 və ya 2 seçim edilə bilər.


Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39